Faktlara hüquqi qiymət verməkdə, sanksiyalar tətbiq etməkdə, hüquqi mübahisələrin həllini tapmaqda, hər hansı hüquqi məsələni yoluna qoymaqda dövlət orqanlarına verilən səlahiyyət; bu istilah həm də səlahiyyətli olmanı, məhkəmə aidiyyətini, nəzarətə götürməni, mühafizəni, işi və sahə dairəsini müəyyənləşdirməkdə istifadə olunur. Dövlət özünün ərazi hüdudlarında (Dövlətin ərazisi) öz yurisdiksiyasını (müvafiq beynəlxalq müqavilələrlə başqa cür nəzərdə tutulan hallardan savayı) tam həcmdə həyata keçirir. Dövlət öz ərazisinin hüdudlarından kənarda yerləşən bəzi rayonlarda məhdud və dar yurisdiksiya hüququna malik ola bilər.