+3 səs
55 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlət immuniteti nədir?

1 cavab var:

+1 səs
 
Bir dövlətin digər xarici dövlətin yurisdiksiyasından immuniteti. Beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsipidir. Dövlət immuniteti bütün dövlətlərin bərabərliyi və dövlət suverenliyi prinsiplərindən irəli gəlir. Dövlət immuniteti xarici dövlətə və ona məxsus əmlaka edilir. Beynəlxalq hüquq nəzəriyyəsində və beynəlxalq təcrübədə adətən bir neçə növ Dövlət immuniteti vardır. Məhkəmə Dövlət immuniteti ondan ibarətdir ki, dövlət, birbaşa razılıq verməsi istisna olunmaqla cavabdeh kimi digər dövlətin məhkəməsinə cəlb edilə bilməz, iddianın ilkin təmin olunmasından Dövlət immuniteti ondan ibarətdir ki, dövlət əmlakı iddianın təmin olunma vasitəsi ola bilməz, icradan Dövlət immuniteti ondan ibarətdir ki, dövlət əmlakı məhkəmə və ya arbitraj qərarının məcburi icra edilməsi qaydasında müsadirə edilə bilməz. Eyni qaydada dövlət dəniz gəmilərinə məcburi tədbirlər tətbiq edilə bilməz (o cümlədən, iddianın təmin olunması qaydasında və ya artıq verilmiş məhkəmə qərarlarının məcburi yerinə yetirilməsi qaydasında həbs oluna bilməz).

Oxşar suallar

0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...