Nəzərdə tutulan dövlət sərhədləri hüdudunda yerləşən və onun suverenliyi altında olan Yer kürəsi səthinin bir hissəsi.
Öz tərkibinə görə dövlət ərazisi quru, su və hava məkanlarına bölünür. Dövlətin quru ərazisi həmin dövlətin suverenliyi altında olan bütün quru sahəni (ayrı-ayrı hissələrinin harada yerləşməsindən asılı olmayaraq) əhatə edir.
Dövlətin su ərazisi həmin dövlətin daxili suların və ərazi sularını (arxipelaq-dövlətdə - onun arxipelaq sularını) ehtiva edir.
Dövlətin öz quru və su əraziləri üzərindəki hava məkanı həmin dövlətin hava ərazisi sayılır (Kosmos hüququ).
Dövlətin ərazisinin bəzi hissələrində beynəlxalq müqavilə əsasında xüsusi beynəlxalq hüquqi rejim qoyula bilər.
D.ə. toxunulmazdır. Ərazi toxunulmazlığının prinsipləri bütövlükdə bir çox beynəlxalq sənədlərdə, o cümlədən, BMT Nizamnaməsində, BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlərarası dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri barədə Bəyannamədə (1970) təsbit olunmuşdur.