+3 səs
125 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlət Bayrağı nədir?

1 cavab var:

+1 səs
 
Dövlətin suverenlik simvolu. Dövlət bayrağının etiketi tələb edir ki, onun ölçüsü və forması qanunda şərh edilmiş parametrlərə tam uyğun olsun. Dövlət Bayrağı xarici ölkələrdəki diplomatik nümayəndəliklərin binaları üzərində və həmçinin nümayəndəliklərin başçılarının (Diplomatik başçılıq) xidməti nəqliyyat vasitələrinə sancılır. Bayraq sutka ərzində qaldırılmış vəziyyətdə olarsa, gecələr mütləq işıqlandırılmalıdır. Dövlət Bayrağıdan istifadə müəyyən protokol qaydaları çərçivəsində icra olunur ki, onlara ciddi riayət edilməlidir. Yüksək səviyyəli xarici qonaq rəsmi görüşə gələrkən onun şərəfinə Dövlət Bayrağılari qaldırılır. Qonağın təmsil etdiyi ölkənin Dövlət Bayrağıı sağ tərəfdə, ev sahibinin Dövlət Bayrağıı isə sol tərəfdə sancılır. Bir neçə Dövlət Bayrağı eyni vaxtda qaldırılarsa, Dövlət Bayrağının və bayraq ağaclarının ölçüsü bərabər olmalıdır. Dövlət Bayrağılar ölkələrin adlarına uyğun olaraq, sağdan sola əlifba üzrə sancılmalıdır. Dövlət Bayrağılar sıra ilə yerləşdirilir, onların üst-üstə sancılması məqbul deyil. Matəm günlərində Dövlət Bayrağı axıradək qaldırılıb, sonra yavaş-yavaş yarıyadək endirilir. Qaldırılmış halda Dövlət Bayrağı yerə, divara və evin damına toxunmamalıdır. Dövlət Bayrağıın zahiri görünüşü səliqəli olmalı, onun parçası saf, qırış- sız və ləkəsiz olmalıdır, üzərinə kənar şey sancılmamalıdır.
Dövlət Bayrağına ehtiram göstərilir. Təntənəli mərasimlərdə Dövlət Bayrağı hərbçilərin yanından keçiriləndə, ona əsgəri salam verilir, mərasimdə iştirak edən mülki şəxslər isə papaqlarını çıxarırlar. Mərasim binanın daxilində keçiriləndə Dövlət Bayrağı gətirilərkən və çıxarılarkən ehtiram əlaməti olaraq hamı ayağa qalxır.
Dövlət Bayrağının təhqir olunması dövlət-lərarası münasibətlərin gərginləşməsinə və hətta diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxara bilər.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...