+3 səs
180 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlət başçısı kimdir?

1 cavab var:

0 səs
Dövlətin idarə olunmasında daxili qayda funksiyaları ilə yanaşı, dövlətin xarici əlaqələr sahəsində yüksək səviyyədə təmsil olunmasını həyata keçirən şəxsdir. Xarici əlaqələr sahəsində Dövlət başçısının səlahiyyətləri - diplomatik nümayəndələri təyin etməkdən (akkreditə etmək) və qəbul etməkdən, beynəlxalq müqavilələri ratifikasiya və denosasiya etməkdən, müharibə və ya müharibə vəziyyətinin elan olunmasından və s. ibarətdir. Xarici əlaqələr sahəsində Dövlət başçısının səlahiyyətləri dövlətin daxili qanunvericiliyi ilə, hər şeydən əvvəl konstitusiyası ilə müəyyən olunur. Bu səlahiyyətlərin bir çoxu parlamentin ilkin razılığı ilə həyata keçirilir. Müxtəlif ölkələrdə Dövlət başçısı dövlətin siyasi quruluşunun xüsusiy yətlərindən, onun tarixi inkişafından, ənənələrindən asılı olaraq bu və ya digər dərəcədə bu səlahiyyətlərə malikdir.
Bir çox ölkələrdə Dövlət başçısının (prezident, kral və s.) səlahiyyətlərinə bir sıra məhdudiyyətlər qoyulmuşdur. Məs., ABŞ konsitusiyasına görə Dövlət başçısı - prezident senatın razılığı və məsləhəti ilə səfir və konsul təyin etmək, beynəlxalq müqavilələr imzalamaq hüququna malikdir. Bu sənədləri senat ratifikasiya edir. Lakin prezident ona verilən ratifikasiyaya ehtiyacı olmayan icraedici sazişlər imzalamaq hüququndan geniş istifadə edir. Müharibə elan etmək hüququ rəsmən Konqresin əlindədir, lakin Amerika prezidentləri dəfələrlə öz qoşunlarını konqresin sanksiyası olmadan müxtəlif ölkələrdə hərbi əməliyyatlara göndərmişlər. Eyni zamanda konqresin bir sıra qətnamələri ilə prezidentə xaricdə əməliyyat məqsədilə amerikan qoşunlarından istifadə etmək hüququ verilmişdir. ABŞ prezidenti xarici əlaqələr sahəsində olduqca geniş səlahiyyətlərə və imkanlara malikdir.
Böyük Britaniyada Dövlət başçısı monarx hesab olunur. Lakin daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də monarx onun adından dövləti idarə edən hökumətin və parlamentin razılığı olmadan heç bir addım ata bilməz. Parlament sülh və müharibə məsələlərinə dair qanunlar qəbul edir, bütün vacib müqavilələri və sazişləri monarxın ratifikasiyasından əvvəl təsdiq edir. Monarxın parlament tərəfindən qəbul olunmuş qanun layihəsini qəbul etməmək kimi müstəqil səlahiyyət hüququ saxlanılsa da, bu hüquqdan artıq çoxdandır ki, istifadə olunmur. Axırıncı dəfə monarx 1704-cü ildə bu hüquqdan istifadə etmişdi.
Dövlət başçısı beynəlxalq məsələlərə dair digər dövlət başçıları ilə şəxsən görüşə. əlaqə yarada və danışığa girə bilər. Özünün xarici siyasət addımlarında və çııxışlarında o ex officio dum in officio (vəzifəcə və vəzifədə olduğu müddətdə) nümayəndəsi olaraq xüsusi səlahiyyətlərə ehtiyac duymur. Dövlət başçısı və Dövlət başçısı vəzifələrini yerinə yetirən kollegial orqan xarici dövlətin ərazisində olarkən bütün diplomatik imtiyaz və toxunulmazlıq hüququndan istifadə edir. Ona adətən xüsusi ehtiram göstərilir. Dövlət başçısını müşayət edən şəxslər də diplomatik immunitet və imtiyazlardan istifadə edirlər.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 19 Sentyabrda, 21 anonim
0 səs
1 cavab
soruşub 27 Oktyabrda, 19 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...