+3 голосов
154 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Diplomatik yazışma nədir?

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Diplomatik fəaliyyətin bir növüdür. Xarici işlər nazirliyinin (Xarici İşlər idarəsi) ölkəyə akkreditə (Akkreditə etmək) olunmuş diplomatika missiya və səfirlikləri ilə, missiya və səfirliklərin xarici işlər nazirliyi ilə, olduğu ölkənin digər idarə və ayrı-ayrı şəxsləri, eləcə də bu ölkədəki diplomatik korpusla yazışmalarıdır.
Diplomatik yazışmanın ən geniş yayılmış növləri bunlardır: şəxsi nota (Diplomatik nota), verbal nota, yaddaş qeydi, Memorandum, şəxsi məktub (yarırəsmi xarakterli). Bu yazışma növləri öz məzmununa, təyinatına və formal (protokol) əlamətlərinə görə bir-birindən fərqlənirlər. Səfirliyin başçısı (Diplomatik başçılıq) və ya diplomatik işçisi tərəfindən göndərildiyindən şəxsi məktubun «yarı- rəsmi» sənəd kimi xarakterizə olunması rəsmilik keyfiyyətini azaltmır. Hər bır konkret hadisəyə uyğun gələn sənəd növünü düzgün seçmək vacibdir, eləcə də nəzərə almaq lazımdır ki, şəxsi notaya şəxsi nota ilə, verbal notaya verbal nota ilə cavab vermək lazımdır.
Rəsmi olaraq nazirlik və səfirlik Diplomatik yazışmanı öz ölkəsinin dilində aparmaq hüququna malikdir. Ancaq bəzən bu sənəd onu alan tərəfdə tərcümə ilə bağlı çətinliklərə səbəb olur və nəticədə Diplomatik yazışmada qoyulmuş məsələlərin nəzərdə keçirilməsini çətinləşdirir. Bunu aradan qaldırmaq məqsədilə:
1) xarici işlər idarəsi və ya səfirliklə razılaşmaya əsasən yazışmanı hansısa üçüncü bir dildə aparmaq;
2) yazışmanı hər bir sənədə onun qeyri-rəsmi tərcüməsi əlavə olunmaqla aparmaq olar.
Səfirliklə Diplomatik yazışmanın diplomatın gəldiyi ölkənin dilində aparılması səhv hesab olunmur. Ancaq səfirlik, əgər onun yerləşdiyi ölkənin bir yox, iki və ya bir neçə rəsmi dili olarsa, ehtiyatlılıq göstərməlidir. Yazışmanın ancaq bu dillərin birində aparılması qarşılıqlı münasibətləri mürəkkəbləşdirə bilər.
Diplomatik yazışmada nəzakət və ədəb qaydalarına əməl etmək, kəskin ifadələrdən, diplomatik sənədin göndərildiyi ölkənin ləyaqətinə toxunan və onun rəsmi nümayəndələri üçün təhqiredici sözlərdən qaçmaq tələb olunur.
Belə bir protokol qaydası mövcuddur. «Chaque lettre demande ry- ponse» - «Hər bir məktub cavab tələb edir». Ona görə də əgər xüsusi, ayrıcı səbəb olmadıqda məktuba, notaya və digər diplomatik sənədə cavab gecikdirilməməlidir, imkan daxilində ən qısa müddətdə cavab verilməlidir.
Diplomatik yazışma sənədləri yaxşı, əziyi olmayan, təmiz, gözəl zahiri görünüşü olan kağızda çap olunmalıdır, mətn yaxşı yerləşdirilməlidir. Diplomatik sənədlərdə düzəlişlər etmək, pozmaq yol verilməzdir. Sənədlərin göndərilməsi üçün keyfiyyətli və formalı, sənədin ölçüsünə uyğun gələn zərflər seçmək lazımdır.
Diplomatik yazışma sənədələri ya şəxsən təqdim olunmalıdır, ya da diplomatik kuryerlə göndərilir; onları poçtla (Diplomatik poçt) göndərmək olmaz.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...