+3 səs
105 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik uniforma nədir?

1 cavab var:

+1 səs
 
. Diplomatların daha təntənəli mərasimlərdə (Etimadnamənin təqdim olunması, milli bayramlar münasibətilə qəbullar keçirilməsi, dövlət başçısının audiensiyası (Diplomatik audiensiya) və s.) istifadə etdikləri xüsusi geyim forması.
Diplomatiyanın özü kimi Diplomatik uniformanın da qədim tarixi vardır. Hər ölkənin özünəməxsus diplomatik geyim növü olmuşdur. Orta əsrlərdə xarici ölkələrə göndərilən səfirlər təmsil etdikləri ölkənin qüdrətini və zənginliyini nümayiş etdirmək üçün bərbəzəkli libaslar geyər, hətta zinət əşyalarından da geniş istifadə edərdilər. Feodalizm dövründə dəbdə olan belə diplomatik geyim formalarında, həm də milli kolorit büruzə verilərdi. Keçmiş SSRİ-də də diplomatlar xüsusi formadan istifadə edirdilər. Bu geyimdən əsasən etimadnamənin təqdim edilməsində, milli bayramların keçirilməsində, mühüm görüşlərdə istifadə edilirdi. Bir sıra Afrika və Asiya ölkələrində Diplomatik uniforma kimi milli geyimlərdən indi də istifadə olunur, iranda islam inqilabının qələbəsindən sonra bu ölkənin diplomatları yaxalıqh köynək və qalstukdan imtina etmişlər. Hind diplomatları Diplomatik uniforma kimi öz milli geyimlərindən (kişilər uzun ağ köynək, qadınlar sarıdən) istifadə edirlər. Özbək və tacik diplomatları rəsmi mərasimlərə milli təsəkdə və çəpəndə gəlirlər.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...