+1 səs
179 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Liman-şəhərlər

1 cavab var:

+1 səs
 

Fransız coğrafları Jaklin Bojyo-Qamye və Jorj Şabonun fikrinə görə liman-şəhərlər - imtiyazlı mövqe şəhərləridir. Təsadüfi deyil ki, dövlət paytaxtları arasında liman-şəhərlər çoxdur; belə ki, Avropa və Afrika dövlətlərinin paytaxtlarının böyük hissəsi limandır.

Belə şəhər iki üstünlüyə malikdir - o həm dəniz, həm də quru yollarına nisbətən əlverişli mövqe tutur. Argentinanın paytaxtı, liman-şəhər Buenos- Ayresin geniş körfəz sahilində yerləşməsi çox əlverişlidir. Eyni zamanda bu şəhər, sanki, paytaxta qatılan, Argentinanın ən çox inkişaf etmiş iqtisadi rayonu Pampanın meyil etdiyi nəqliyyat fokusudur. “Vulkanik qitə” kitabının müəllifi İsveç yazıçısı Artur Lundkvist Buenos-Ayres haqqında deyib ki, bu “bütün ölkəni örtmüş hörümçək torunun kənarında oturan qüdrətli hörümçəkdir”.

Limanın spesifikası şəhərin bütün həyatında iz qoyur. Əhalinin milli tərkibinin müxtəlifliyi də, şəhər sənayesinin özünəməxsusluğu da bununla bağlıdır. Sonuncu, bir tərəfdən məhsulları gəmilərlə daşımaq üçün daha yararlı etmək məqsədilə emal edir, digər tərəfdən gəmilərlə gətirilən xammalın emalı ilə məşğul olur. Bəzən şəhərin simasındakı qeyri-adiliklər limanın fəaliyyətindəki xüsusiyyətlərlə izah edilir. Məsələn, Azovsahili Berdyansk liman şəhərində küçələr əvvəllər Yunanıstandan Berdyanska taxıl dalınca gələn gəmilərdə ballast olan yunan daşları ilə döşənmişdir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...