+3 səs
192 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik sığınacaq nədir?

1 cavab var:

+1 səs
 
Diplomatik nümayəndəliklərin və konsul idarələrinin binalarında sığınacaq (Diplomatik sığınacaq) verilməsi XVI-XVII əsrlərdə dövlətlərin təcrübəsində müşahidə olunub. Məs., iranda şahlıq rejimindən narazı və müxalifətdə olan qüvvələr təqib və repressiyadan qorunmaqdan ötrü İngiltərənin və Rusiyanın Tehrandakı səfirliklərinə yığışırdılar (buna iranda «bəstə oturma» (Bəst) deyilirdi). Sığınacaq hüququndan hətta iran şahı da bəhrələnib. 1905-11 il inqilabçılarından qorunmaq üçün iran şahı Məhəmməd Əli Rusiya konsulluğunda sığınacaq tapmışdı.
Latın Amerikası ölkələri istisna olmaqla, əksər dövlətlər diplomatik nümayəndəliklərin binalarından sığınacaq kimi istifadəni qəbul etmirlər. Latın Amerikasında bu məsələ ilə bağlı normativ aktlar qəbul olunsa da, onlardan istifadədə ziddiyyətli situasiyalar üzə çıxır. Universal xarakterli beynəlxalq müqavilə və sənədlərdə Diplomatik sığınacaq məfhumu ümumiyyətlə tanınmır. 1961 il Vyana konvensiyasında qeyd edilir ki, diplomatik nümayəndəliyin binalarından diplomatik münasibətlərə aidiyyəti olmayan məqsədlər üçün istifadə olunması yolverilməzdir. Azərbaycan Respublikası Diplomatik sığınacağı qəbul etmir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...