+3 səs
301 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik protokol nədir?

1 cavab var:

+1 səs
 
Hökumətlərin, xarici işlər nazirliklərinin (Xarici işlər idarəsi), diplomatik nümayəndəliklərin, diplomatik işçilərin və digər rəsmi şəxslərin beynəlxalq əlaqələrin əməli olaraq gerçəkləşməsi zamanı riayət etdikləri qayda, ənənə və şərtlərin məcmusu. Diplomatik yazışmalar, rəsmi görüşlər, diplomatik qəbullar, xarici ölkənin dövlət və hökumət başçısının (Dövlət başçısı; Hökumət başçısı) qarşılanması, beynəlxalq təşkilatlar xəttilə təşkil olunan toplantılar Diplomatik protokol tələbləri çərçivəsində əməli xarakter alır.
Diplomatik protokolun qəbul olunmuş ümumi müddəaları Diplomatik əlaqələrə dair 1961 il Vyana konvensiyasında təsbit edilib. Bununla bərabər hər ölkənin öz Diplomatik protokol xüsusiyyətləri də vardır; bu xüsusiyyətlər həmin dövlətin milli adət və ənənələrindən irəli gəlir.
Diplomatik protokolla əməl etmək zəruridir; ondan yayınmaq, yaxud qaydaları pozmaq müqabil dövlətin, yaxud onun rəsmi nümayəndəsinin şərəf və ləyaqətinə toxuna və bununla da iki dövlət arasında münasibətlərin mürəkkəbləşməsinə və arzuolunmaz siyasi nəticələrə gətirib çıxara bilər. Müvafiq ölkə ilə diplomatik münasibətlərin durumundan asılı olaraq Diplomatik protokola müxtəlif incəliklər (daha çox və ya daha az təntənəlilik, ayrı-ayrı tədbirlərin keçirilməsində yüksək və ya aşağı səviyyəlilik) əlavə oluna bilər.
Diplomatik protokol - diplomatiyanın mühüm siyasi vəsiləsidir; Onun tətbiqindən doğan nəticələr dövlətlərarası münasibətlərə bu və ya digər dərəcədə təsir göstərir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 21 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...