+2 səs
240 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik poçt nədir?

1 cavab var:

0 səs
Dövlətlə (adətən xarici işlər idarəsi vasitəsilə) onun xaricdəki diplomatik nümayəndəlikləri arasında ən mühüm və geniş yayılan rabitə növlərindən biri. Barəsində xüsusi rejim müəyyən edilən Diplomatik poçt vasitəsilə rəsmi məktublaşmalar, sənədlər və xidməti istifadə üçün nəzərdə tutulan əşyalar çatdırılır. Onlar ağzı bağlı, surğuc möhürlü, yaxud da müəyyən olunmuş qaydada plomblanan zahirən görünən təyinat əlamətlərinə malik tutarlarda (çanta, kisə, paket, konvert və s.) - diplomatik valizada (fr. valise - çemodan) qablaşdırılır. Hər valiza Diplomatik poçtda ayrıca yer tutur və istər bu iş üçün xüsusi müvəkkil olunan şəxsin müşayiətilə, istərsə də müşayiətsiz, adi rabitə kanalları ilə çatdırıla bilər.
Diplomatik poçt açıla və tutulub saxlanıla bilməz, bütün növ rüsumlardan azaddır.
Diplomatik poçt və diplomatik kuryer barədə bu və ya digər mühüm müddəalar diplomatik əlaqələrə dair 1961 il Vyana konvensiyasında təsbit edilib.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində

...