+2 səs
125 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik öncüllük nədir?

1 cavab var:

0 səs
Diplomatik protokolun ən mühüm qaydalarından biridir. Açıq keçirilən tədbirlərə dəvət alan diplomatik korpusun kollektiv öncüllüyünə, diplomatik nümayəndəliklərin başçıları (Diplomatik başçılıq) arasında öncüllüyə, qəbul edən ölkənin diplomatik nümayəndələri və rəsmiləri arasında öncüllüyə, həmin diplomatik nümayəndəliyin diplomatları arasında öncüllüyə münasibətdə bu qaydaya riayət edilir.
Rəsmi açıq tədbir və mərasimə dəvət olunan diplomatik korpusa həmin tədbirdə, yaxud mərasimdə iştirak edən dövlət başçısının və ya hökumət başçısının bilavasitə yaxınlığında fəxri yer ayrılır. Diplomatik nümayəndəliklərin hər hansı dərəcədən olan başçıları arasında öncül təyin edilməsində yerli təcrübədən asılı olaraq diplomatik nümayəndənin qəbul edən ölkəyə gəlmə tarixi, yaxud Etimadnaməsinin təqdim olunma tarixi əsas götürülür.
Diplomatik əlaqələrə dair 1961 il Vyana konvensiyasının 14-cü maddəsinin 2-ci bəndində deyilir: «Nümayəndəlik başçıları arasında rütbə böyüklüyü və etiketdən başqa, bu və ya digər sinfə mənsub olduğuna görə heç bir fərq qoyulmamalıdır». Bu mühüm qaydanın pozulması diplomatik nümayəndələrin ləyaqətinə toxuna bilər və ayrı-seçkilikdə ittiham üçün əsas olar. Bəzi ölkələrdə nunsi (papa səfiri) ənənəyə görə digər səfirlərdən əvvəl öncül olur. Bu mənada o, xristian (katolik) ölkələrdə diplomatik korpusun daimi duayeni (Diplomatik korpusun duayeni) sayılır.
Diplomatik nümayəndələr ilə qəbul edən ölkənin dövlət rəsmilən arasında öncüllük məsələsində beynə- xalq təcrübəyə əsasən belə bir qayda gözlənilir ki, diplomatik nümayəndəliklərin başçıları protokol tədbirlərində öz dövlət başçılarının təmsilçiləri olduqlarından bilavasitə qəbul edən dövlətim başçısının ardınca gəlirlər. Beynəlxalc nəzakət ənənələrinə görə, xarici səfirlər öz yerlərini baş nazirə və xarici işlər nazirinə könüllü güzəştə gedirlər.
Nəzərdə tutulan diplomatik nümayəndəliyin işçi heyəti üzvlərinin öncüllüyü müvafiq ölkənin qaydaları ilə müəyyən edilir. Diplomatik dərəcələr nəzərə alınmaqla, səfirlik işçilərinin öncüllüyü müvafiq olaraq səfir, müşavir-elçi, hərbi attaşe, birinci katib, ikinci katib, üçüncü katib, attaşe rütbələri ilə müəyyən olunub.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...