+2 гол-в
210 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Diplomatik nümayəndənin geri çağırılması nədir?

1 Ответ

0 гол-в
от
Diplomatik nümayəndə aşağıdakı hallarda geri çağırıla bilər: a) diplomatik nümayəndənin digər vəzifəyə keçirilməsi ilə, xəstəliyi, istefaya getməsi ilə əlaqədar olaraq öz hökumətinin təşəbbüsü ilə; diplomatik nümayəndəni qəbul edən ölkənin təşəbbüsü ilə diplomatik nümayəndə persona non qrata elan edildikdə; diplomatik münasibətlər pozulduqda və ya mu əqqəti olaraq kəsildikdə (Diplomatik münasibətlərin kəsilməsi).
Diplomatik münasibətlər pozulmadıqda və ya müvəqqəti olaraq kə- silmədikdə, eləcə də diplomatik nümayəndə persona non qrata elan edilmədikdə, Diplomatik nümayəndənin geri çağırılması dövlət başçısına geri çağırılma sənədi təqdim etmək yolu ilə rəsmiləşdirilir, daimi işlər müvəkkilinin geri çağırılması isə diplomatik nümayəndənin olduğu ölkənin xarici işlər nazirinə öz dövlətinin xarici işlər nazirinin müvafiq məktubunu təqdim etməklə rəsmiləşdirilir.
Diplomatik nümayəndənin persona non qrata elan edilməsi qaydasında praktikada az hallarda rast gəlinir, belə ki, bu müvafiq dövlətlər arasında ciddi çətinliklərə səbəb olur. Adətən diplomatik nümayəndənin persona non qrata elan edilməsi haqda diplomatik nümayəndə təyin edən dövlətin xarici işlər nazirliyiniə şifahi şəkildə məlumat verilir.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...