+2 səs
255 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik nota nədir?

1 cavab var:

0 səs
Diplomatik yazışma sənədinin bir növüdür. Diplomatik nümayəndəlik və ya Xarici İşlər İdarəsi başçılarının öz adından, hökumətləri adından, bəzən isə dövlət başçıları adından göndərdikləri və beynəlxalq sənəd hesab olunan rəsmi yazılı sənəddir. Hökumət başçıları və ya dövlət başçıları tərəfindən imzalanmış müraciət Diplomatik nota deyil namə və ya məktub adlanır, iki cür Diplomatik nota vardır: şəxsi (imzalanmış) və verbal nota.
Şəxsi nota diplomatik nümayəndəlik başçısı (Diplomatik başçılıq) tərəfindən xarici işlər idarəsindən ya da xarici işlər idarəsinin başçısı tərəfindən xarici səfirliyə göndərildikdə imzalanır. Şəxsi nota adətən mühüm və prinsipial əhəmiyyətli məsələlərə aid olur və ya hər hansı hadisə ilə bağlı rəsmi informasiya qaydasında, eləcə də diplomatik nümayəndəliyin yerləşdiyi ölkədə diplomatik protokolun müəyyən olunmuş tələblərinə uyğun şəkildə və ya şəxsi notaya cavab olaraq göndərilir. Belə nota imza edən şəxsin adından tərtib olunmuş məktub formasında olur, nota blankında çap edilir, üstündə ünvan göstərilir, möhür qoyulur.
Diplomatik pratikada çox vaxt verbal nota istifadə olunur. Verbal nota o qədər də rəsmi xarakter daşımır və nisbətən ikinci dərəcəli məsələləri əhatə edir.

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 05 Oktyabrda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...