+2 гол-в
129 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Diplomatik müşahidəçilər nədir?

1 Ответ

0 гол-в
от
Dövlət və ya beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq konfransların, təşkilatların və orqanların işinə, eləcə də beynəlxalq təşkilatların qərarlarının və müqavilələrin yerinə yetirilməsinə nəzarət etmək üçün göndərilən şəxslərdir. Diplomatik müşahidəçilər səlahiyyətləri prosedur qaydaları ilə müəyyən olunur. Beynəlxalq münasibətlərdə ABŞ tərəfindən birinci dünya müharibəsindən sonra tətbiq edilməyə başlamışdır. Dövlətlər bu və ya digər prinsipial mövqe baxımından və ya hər hansı məsələdə cavabdehlik daşımaq istəmədikdə beynəlxalq konfrans və toplantılarda rəsmi şəkildə iştirak etmir və müşahidəçilər göndərirlər. Müşahidəçilərin olması göstərir ki, onu göndərən dövlət müzakirə olunan məsələ ilə maraqlanır, ona dair qərara təsir göstərmək və ya bilavasitə informasiya almaq istəyir. Diplomatik müşahidəçilər tamhüquqlu iştirakçılardan fərqli olaraq qərarların qəbul olunmasında, işçi orqanların təşkili və fəaliyyətində və s. iştirak edə bilmir. Lakin onlara bir qayda olaraq müzakirə olunan məsələlər üzrə çıxış etmək və təkliflər vermək imkanı verilir. Hər hansı bir təşkilatın üzvü olmadan bir sıra təşkilatlar və o cümlədən BMT yanında onun işinə nəzarət etmək arzusunda olan dövlətlərin praktik tələbatına görə daimi nəzarətçilər qurumu yaradılmışdır.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 17 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...