+2 səs
168 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik münasibətlərin kəsilməsi nədir?

1 cavab var:

0 səs
Hər hansı dövlətin təşəbbüsü ilə həyata keçirilən və digər dövlətlə diplomatik kanallar vasitəsilə birbaşa əlaqələrin qarşılıqlı şəkildə sə- firlik və ya diplomatik missiyaların geri çağırılması ilə müşayət olunan rəsmi aktıdır.
Diplomatik münasibətlər müharibə vəziyyəti yarandıqda, bir dövlətin digər dövlətə qarşı düşmənçilik siyasəti, diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane olan har hansı hərəkətlərin baş verməsi üzündən və ya başqa səbəblər olduqda kəsilə bilər. Diplomatik nümayəndəliyin geri çağırılması faktı öz-özlüyündə, əgər bu barədə geri çağıran dövlətin müraciətində birbaşa heç nə deyilmirsə, Diplomatik münasibətlərin kəsilməsi demək deyil. Dövlətlər arasında müharibə vəziyyətinin yaranması nəticəsində diplomatik münasibətlər mütləq kəsilir. Diplomatik münasibətlərin kəsilməsi həmişə diplomatik nümayəndəliyin geri çağırılması ilə müşayət olunur. Diplomatik nümayəndəliyin yerləşdiyi dövlət diplomatik imtiyaz və toxunulmazlıq hüququndan istifadə edən və bu dövlətin vətəndaşı (Vətəndaşlıq) olmayan səfirlik və ya missiya əməkdaşlarını, eləcə də bu şəxslərin vətəndaşlığından asılı olmayaraq ailə üzvlərinin mümkün qədər tez ölkədən getməsi üçün zəruri olan köməyi göstərməlidir. 1961 il Vyana konvensiyasına görə diplomatik nümayəndəliyin yerləşdiyi ölkə lazım gəldikdə nümayəndəlik üzvlərinin sərəncamına onlar və onların əmlakı üçün tələb olunan daşıma vasitələri verməlidir.
Diplomatik münasibətlərin kəsilməsi öz aralarında diplomatik münasibətləri kəsmiş ölkələri beynəlxalq praktikada «himayəçi dövlət» adlanan hər hansı üçüncü ölkənin diplomatik nümayəndəliyi vasitəsilə bəzi, adətən cari məsələlərə dair əlaqə salamaq imkanlarından məhrum etmir. Dövlət öz maraqlarını və vətəndaşlarının maraqlarını belə üçüncü dövlətə etibar edə bilər. Diplomatik münasibətlərin kəsilməsi zamanı səfirlik və ya missiya, onların əmlakı və arxivləri ilə birlikdə üçüncü dövlətə etibar oluna bilər. Diplomatik nümayəndəliyin yerləşdiyi dövlət öz tərəfindən üçüncü - himayəçi dövlətin üzərinə götürdüyü vəzifələrdən asılı olmayaraq, Diplomatik münasibətlərin kəsilməsi zamanı geri çağırılan (Diplomatik nümayəndənin geri çağırılması) nümayəndəliyin binasını, onun əmlakı və arxivləri ilə birlikdə qorumağa və hörmət etməyə borcludur. Diplomatik münasibətlərin kəsilməsi özlüyündə maraqlı olan dövlətlər arasında müqavilələrin fəaliyyətinə toxunmur. D.m.k-dən sonra diplomatik münasibətlərin bərpa olunması maraqlı olan dövlətlərin razılığı əsasında həyata keçirilir.
Müasir beynəlxalq təcrübədə Diplomatik münasibətlərin kəsilməsi qeyri-hərbi sanksiya növlərindən biri ola bilər. BMT Nizamnaməsinin 41- ci maddəsinə görə BMT Təhlükəsizlik Şurası öz hərəkətləri ilə sülhü pozan və sülhə təhlükə yaradan dövlətə qarşı bu metoddan istifadə etmək hüququna malikdir.
Konsul əlaqələrinə dair 1963-cü il Vyana Konvensiyasına görə də Diplomatik münasibətlərin kəsilməsi faktı müharibə vəziyyəti istisna olunmaqla konsul münasibətlərinin kəsilməsinə səbəb olmur.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...