+2 səs
119 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik Münasibətlər nədir?

1 cavab var:

0 səs
Beynəlxalq hüququn normalarına və beynəlxalq ünsiyyət praktikasına müvafiq olaraq, dövlətlər arasında rəsmi münasibətlərin saxlanmasının əsas forması.
Diplomatik Münasibətlər dövlətlər arasında dostluq əlaqələrinin inkişafına, sülhün və beynəlxalq təhlükəsizliyin saxlanmasına xidmət etməlidir.
Diplomatik əlaqələrə dair 1961 il Vyana konvensiyasına müvafiq olaraq, dövlətlər arasında Diplomatik Münasibətlər qarşılıqlı razılıq əsasında həyata keçirilir. Bu istiqamətdə ilk addım, bir qayda olaraq bu və ya digər dövlətin və onun hökumətinin başqa dövlət tərəfindən tam, yaxud de- yure tanınmasıdır (Beynəlxalq-hüquqi tanınma). Diplomatik Münasibətlərin qurulması bu işdə maraqlı olan dövlətlərin arasında bilavasitə aparılan danışıqlar yolu ilə, yaxud üçüncü dövlətin diplomatik nümayəndələri vasitəsilə həyata keçirilir, dövlət başçıları və hökumət başçıları, xarici işlər nazirləri, yaxud xüsusi səlahiyyətli şəxslər arasında müraciətlər, teleqramlar, məktublar, notalar (Diplomatik nota) şəklində təsdiq edilir. Tərəflər Diplomatik Münasibətlərin qurulması, diplomatik nümayəndəliklərin səviyyəsi (səfirlik və s.), sazişin qüvvəyə minmə tarixi, onun dərc olunma vaxtı və qaydası barədə razılığa gəlirlər.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...