Diplomatik missiya (lat. missio - tapşırıq, göndəriş). Diplomatik nümayəndə və ya daimi işlər müvəkkili tərəfindən başçılıq edilən (Diplomatik başçılıq) daimi diplomatik nümayəndəlikdir. Həmçinin hər hansı bir ölkəyə ayrıca bir şəxsin və ya nümayənliyin öz hökumətinin hər hansı xüsusi birdəfəlik tapşırığını yerinə yetirmək üçün göndərilməsi də diplomatik missiya adlanır.
XIX əsrdə əsasən kiçik dövlətlərdə təsis olunmuşdu. 1961-ci il diplomatik əlaqələr dair Vyana konvensiyası diplomatik missiyalarla səfirlik arasında diplomatik imtiyazlar və toxunulmazlıq hüquqlarına münasibətdə heç bir fərq qoymur.