+3 səs
76 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik kuryer nədir?

2 Cavab

+1 səs
 
Diplomatik poçtu çatdırmaq tapşırığı alan şəxs. Diplomatik münasibətlərə dair 1961 il Vyana Konvensiyasına müvafiq olaraq, Diplomatik kuryer kuryer şəxsi toxunulmazlıq hüququna malikdir. O, nə həbs edilə, nə də hər hansı şəkildə tutulub saxlanıla bilər. Şəxsin Diplomatik kuryer statusunun tanınmasından ötrü ona rəsmi sənəd verilir. Bu sənəd Diplomatik kuryeri göndərən təşkilat tərəfindən lazımi qaydada tərtib edilir və zəruri hallarda mənsub olduğu dövlətin səlahiyyətli hakimiyyət orqanları tərəfindən imzalanır. Akkreditə edən (Akkreditə etmək) dövlət, yaxud diplomatik nümayəndəlik hər diplomatik poçt üçün ayrıca müvəqqəti Diplomatik kuryer təyin edə bilər; müvəqqəti Diplomatik kuryerə verilən toxunulmazlıq hüququ diplomatik poçtun təyinatı üzrə çatdırıldığı anadək qüvvədə olur.
Diplomatik poçt təyyarə heyətinin komandirinə həvalə oluna bilər; belə halda heyətin komandirinə rəsmi sənəd verilməlidir. Həmin sənəddə poçt təşkil edən yerlərin sayı göstərilir, ancaq komandir Diplomatik kuryer hesab olunmur.
Qəbul edən ölkənin müvafiq orqanları Diplomatik kuryerə təyinat yerlərinə maneəsiz getməkdə və apardıqları diplomatik poçtu qorumaqda hərtərəfli kömək göstərirlər.
0 səs
Sizin yazdığınız 27 ci maddənin 4 cür bəndini əks etdirir,orda qeyd olunur ki,səfirlik,diplomatik nüma yəndəlik,baş konsulluq öz əməkdaşlarından birini dip lomatik kuryer təyin edə bilər və lazımi sənədlərlə mənim etmək şərti ilə,amma onun toxunulmazlığı dippoçtu göstərilən ünvana çatdırdığı andan qüvvəsini itirir,lakin XİN in dipkuryeri tərəfindən Azər bayramın diplomatik nümayəndəliklərinə və eləcə geriyə catdırdığı andan sonra toxunulmazlıq statusu bitir,27 mad.5 ci bənd.dipkuryerlərə viza açılanda onlara A 1 kateqoriyası verilir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...