+1 голос
179 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Diplomatik korpusun duayeni nədir?

1 Ответ

0 гол-в
от
Diplomatik korpusun duayeni (fr. doyen - öncül). Qəbul edən ölkədə diplomatik korpus üzrə həmkarları arasında Etimadnaməsini hamıdan əvvəl təqdim etmiş diplomatik nümayəndəliyin başçısı (Diplomatik başçılıq)', Duayen bir qayda olaraq, həmişə yüksək dərəcəli diplomatik nümayəndə olur.
Duayenin funksiyaları, hər şeydən əvvəl protokol xarakteri daşıyır. O, diplomatik korpus adından milli günlər münasibətilə dövlət başçısını və ya digər rəsmi şəxsləri təbrik edir, bədbəxt hadisələrlə bağlı başsağlığı verir, keçirilən müxtəlif mərasimlərdə diplomatik korpusa başçılıq edərək, onun adından çıxış edir, Xarici işlər Nazirliyi (Xarici İşlər idarəsi) aparatı ilə daimi əlaqə saxlayır, diplomatik korpusun fəaliyyət göstərdiyi ölkənin protokol qaydaları, adət-ənənələri və s. məsələlər barəsində həmkarlarına məlumat və məsləhət verir.
Diplomatik korpusun üzvlərindən hər hansı birinin dövləti ilə duayenin təmsilçisi olduğu dövlət arasında diplomatik əlaqələr mövcud olmadıqda, duayenin icra etdiyi vəzifələrlə bağlı hər hansı əlaqə duayendən sonra gələn ikinci şəxslə, məs. duayenin müavinilə saxlanılır.
Duaye  istilahı konsul korpusuna münasibətdə də işlədilir. Belə halda duaye (dekan) rütbəcə həmkarları arasında böyük olan və ekzekvaturanı tarix etibarilə birinci alan, yaxud birinci tanınan konsulluq başçısı hesab olunur. Əgər ekzekvaturanı, yaxud tanınmanı iki və daha artıq konsul eyni vaxtda alıblarsa, onların arasında öncüllük konsul patentinin verilmə tarixi ilə müəyyən edilir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...