+1 голос
160 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Diplomatik korpus nədir?

1 Ответ

0 гол-в
от
Məlum ölkədə akkreditə olunmuş (Akkreditə etmək) xarici diplomatik nümayəndə başçılarının (Diplomatik başçılıq) məcmusudur. Bunlar səfirlər, elçilər, daimi işlər müvəkkili, müvəqqəti işlər vəkkilləri, eləcə də Vatikanın diplomatik nümayəndəliklərinin başçıları olan nunsilər və internunsilərdir. Diplomatik korpus anlayışı çox vaxt daha geniş mənada istifadə olunur. Diplomatik korpus dedikdə diplomatik nümayəndəlik başçılarından başqa diplomatik nümayəndəliklərə daxil olan bütün diplomatik işçilər, yəni müşavirlər, birinci, ikinci və üçüncü katiblər, səfirlik və missiya (Diplomatik missiya) attaşeləri; ticarət nümayəndələri və onların müavinləri, hərbi, hərbi-dəniz və hərbi-hava attaşeləri və bu attaşelərin köməkçiləri; xüsusi müşavirlər və xüsusi attaşelər (sənaye, kənd təsərrüfatı, iqtisadi, ticarət, maliyyə, mətbuat, mədəniyyət, elm, əmək işləri üzrə) nəzərdə tutulur. Diplomatik korpus- a diplomatik işçilərin ailə üzvləri - həyat yoldaşları, ərdə olmayan qızları və yetkinlik yaşına çatmamış oğulları da aiddir. Yerləşdiyi ölkə hökuməti tərəfindən diplomat kimi tanınmasının təsdiqi olaraq həmin ölkənin xarici işlər idarəsi diplomatik işçilər və onların ailə üzvlərinə diplomat kartoçkası verir. Təbiidir ki, diplomatı diplomatik işçi kimi hər şeydən əvvəl aid olduğu dövlətin hökuməti ona diplomatik pasport verməklə tanımalıdır. Əgər diplomatik işçinin vəzifəsi diplomatik işçilərin ümumi qəbul edilmiş nomenklaturasına və ya Diplomatik korpus-da ənənəyə görə mövcud olan işlər nomenklaturasına uyğun gəlməzsə, diplomatik nümayəndənin gəldiyi ölkənin Xarici İşlər idarəsi bu şəxsləri diplomat kimi tanımaqdan imtina edə
bilər. Xarici işlər idarəsi müntəzəm olaraq Diplomatik korpusun məlumat kitabçasını nəşr edir. Burada müvafiq səfirlik və diplomatik missiyalarda qruplaşmış diplomatik işçilərin soyadları, ünvanları, xidməti və ev telefonları göstərilir.
Diplomatik korpus beynəlxalq hüququn hər hansı normasına əsaslanan qurum, eləcə də hüquqi şəxs statusuna malik siyasi birlik və təşkilat deyildir.
Diplomatik korpus dövlətlərin diplomatik nümayəndələrinin müvəffəqiyyətli fəaliyyətini, onlar arasında qarşılıqlı anlaşmanı təmin edən vasitədir.
Diplomatik korpusun yerləşdiyi dövlətin daxili işlərinə qarışmaq hüququ yoxdur. Diplomatik praktika tarixində elə hallar olmuşdur ki, Diplomatik korpus olduğu dövlətin hökuməti qarşısında özünə birlik kimi kollektiv çıxış etmək hüququ vermişdi. Hal-hazırda heç kim Diplomatik korpusun, onun yerləşdiyi ölkənin hökuməti qarşısında dövlətin səlahiyyətlərinə aid məsələlərə dair kollektiv çıxış etmək hüququna iddia etmir. Beynəlxalq praktika mərasim (protokol) məsələləri ilə bağlı: təbrik etdikdə, başsağlığı verdikdə və b. hallarda Diplomatik korpusun kollektiv çıxışlarına yol verir. Diplomatik korpus adından adətən Diplomatik korpusun duayeni çıxış edir. Duayen bir qayda olaraq öz çıxışlarını diplomatik nümayəndəliklərin başçıları ilə razılaşdırır. Bəzi hallarda diplomatik nümayəndə başçısı Diplomatik korpusun bu və ya digər mərasim (protokol) məsələlərinə dair kollektiv çıxışında iştiraka razılıq vermədən öncə öz hökumətinin göstərişini almalıdır.
Konsullar və tərcüməçilər diplomatik korpusun üzvü hesab olunmurlar.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...