+1 səs
104 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik dərəcələr nədir?

1 cavab var:

0 səs
Xarici işlər idarəsinin və xaricdəki diplomatik nümayəndəliyin diplomatik heyətinə verilən xüsusi xidməti adlardır. Diplomatik dərəcələr diplomatın diplomatik korpusda mövqeyini və gəldiyi ölkənin hakimiyyət orqanları ilə əlaqələrinin mümkünlüyünü müəyyən edir. Diplomatik dərəcələr bir növ diplomatik nümayəndənin fəaliyyətini müəyyən edir, hər bir dövlətin öz diplomatik dərəcələr sistemi vardır və daxili qanunvericiliklə müəyyən olunur. Əksər dövlətlərin qanunvericiliyi aşağıdakı Diplomatik dərəcələr dərəcələri müəyyən etmişdir. attaşe, birinci katib, ikinci katib, üçüncü katib, müşavir, diplomatik nümayəndə və səfir. Bu zaman diplomatların xidməti adları bir qayda olaraq onların eyni adlı vəzifələrinə uyğun gəlir. Bəzi ölkələrdə attaşe kiçik diplomatik dərəcədir, digərlərində kiçik dərəcə - katib - arxivistdir. Bundan başqa göstərilən diplomatik heyətin qradasiyası (birinci və ya ikinci sinif müşavir və s.) mövcud ola bilər.
Fövqəladə və səlahiyyətli səfir və diplomatik nümayəndə adətən dövlətin konstitusiyasından, qanunlarından, siyasi quruluşundan asılı olaraq ya qanunverici orqan, ya da dövlət başçısı tərəfindən, yerdə qalanlar isə xarici işlər idarəsi (nazirlik, şöbə, komitə və s.) rəhbərinin göstərişi ilə verilir.
Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının xaricdəki səfirlikləri və missiyalarının (diplomatik missiya) diplomatik işçiləri üçün birinci və ikinci dərəcəli müşavirlər, 2 dərəcədən olan birinci katiblər, 2 dərəcədən olan ikinci katiblər, üçüncü katib və attaşe rütbələri müəyyən edilmişdir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...