+1 səs
295 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik danışıqlar nədir?

1 cavab var:

0 səs
Dövlət nümayəndələri tərəfindən ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi və digər məsələlərinin xarici siyasət strategiyasını, taktikasını və ya müvafiq diplomatik aksiyalarını, fikir mübadilələrini, qarşılıqlı informasiya mübadilələrini, müqavilələrin (Beynəlxalq müqavilə) hazırlanması və imzalanmasını, mübahisəli məsələlərin nizamlanmasını razılaşdırmaq məqsədilə rəsmi müzakirə.
Diplomatik danışıqlar dövlətlər arasında meydana çıxan mübahisə və münaqişələrin dinc yolla həll etməyin (Beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi) başlıca vasitəsidir, beynəlxalq hüquqda dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsinin ən geniş yayılmış və təsdiq olunmuş metodlarından biridir.
Diplomatik danışıqlar- iştirakçılarını səviyyəsi (dövlət başçıları, hökumət başçıları, xarici işlər nazirləri və b.) müzakirə olunan problemin əhəmiyyəti ilə müəyyən olunur. Ümumqəbul olunmuş qaydaya əsasən dövlət başçısı, hökumət başçısı, xarici işlər naziri Diplomatik danışıqlar aparmaq və imzalamaq üçün lazımi qaydada tərtib olunmuş səlahiyyətlərə malik olmalıdır.
Diplomatik danışıqlar onların iştirakçıları ilə şəxsi görüşlər yolu ilə və ya yazılı şəkildə - diplomatik yazışma vasitəsilə həyata keçirilir. Çox vaxt danışıqların şifahi və yazılı formaları paralel olaraq istifadə edilir. Diplomatik danışıqlar bir qayda olaraq nümayəndələrin mövqeyinin öyrənilməsindən, layihələrin və yekun sənədlərinin hazırlanmasından ibarət böyük hazırlaq işindən sonra başlayır.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...