+1 səs
141 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik Başçılıq nədir?

1 cavab var:

0 səs
Kütləvi tədbirlərə dəvət olunan diplomatik korpusun kollektiv başçılığına, diplomatik nümayəndəlik başçıları arasında başçılığa, diplomatik nümayəndəliklərlə gəldiyi ölkənin hakimiyyət dairələri arasında başçılığa, diplomatik nümayəndəlik daxilində diplomatik başçılığa münasibətdə və s. əməl olunan mərasimin mühüm qaydalarından biridir. Rəsmi kütləvi tədbirlərə, mərasimlərə dəvət olunan diplomatik korpusa bu tədbir və ya mərasimlərdə iştirak edən dövlət və hökumət başçısının yanında birinci fəxri yer verilir. Diplomatik korpusun bütövlüyünə hörmət edilməlidir və buna görə də onu səfirlərə, diplomatik nümayəndələrə və işlər müvəkkilinə bölmək olmaz (müxtəlif yerlərdə yerləşdirmək olmaz).
Diplomati başçılığı nizamlamağa hələ XIX əsrin əvvəllərində cəhdlər edilmişdir. 19.111.1815 ildə 19 martda Vyana konqresində Avropa dövlətlərinin nümayəndəlikləri xüsusi reqlament qəbul etdilər. Bu reqlamentə 21.XI.1818 ildə Aa- hen protokolu ilə əlavələr edildi. Diplomatik dərəcələr: səfirlər (leqat (Papa və Apostol leqatı) və nunsilər), diplomatik nümayəndələr, səlahiyyətli nazirlər, nazir-rezident, işlər müvəkkili müəyyən edildi. Öz sinfi daxilində diplomatik nümayəndəlik başçılarının Diplomati başçılığı yerli praktikadan və ya diplomatik nümayəndənin ölkəyə gəlmə tarixindən, ya da etimadnamə sənədini təqdim etməsi vaxtından asılı olaraq müəyyən olunur. Vyana konqresinin (1815) V və VI maddələrinə görə «hər bir dövlətdə hər bir sinfə aid diplomatik agentlərin qəbul olunmasının vahid qaydası müəyyən olunmalıdır və saraylar arasında qohumluq və ya ailə əlaqələrinin mövcudluğu onların diplomatik agentləri üçün dərəcədə heç bir üstünlük yaratmır». Bu o deməkdir ki, təcrübədə bu maddələrin həyata keçirilməsi zamanı diplomatik nümayəndələr arasında mövcud olan Diplomati başçılığa əməl etmək lazımdır və hər hansı təsəvvürlərə görə digər diplomatik nümayəndənin Diplomati başçısına zidd olaraq bu və ya digər diplomatik nümayəndəyə Diplomati başçı verilməlidir. Bu mühüm qaydanın pozulması diplomatik nümayəndənin ləyaqətinə zərər vuraraq qanunların pozulmasına əsas verir və ölkənin hakimiyyət dairələri ilə diplomatik korpus arasında münasibətlərdə ciddi gərginlik yarada bilər. Bəzi katolik ölkələrində Vatikanın səfiri (nunsi) olduğu ölkəyə gəlməsindən və ya etimadnaməsini təqdim etmək vaxtından asılı olmayaraq digər səfirlər qarşısında Diplomati başçılığa malikdir. Elə buna görə də bu ölkələrdə nunsilər diplomatik korpusun duayeni olurlar. Əgər diplomatik nümayəndəlik başçısı suverenin dəyişməsi yolu ilə və ya ölməsi ilə bağlı, dövlətin siyasi quruluşunun dəyişməsi ilə əlaqədar olaraq təkrarən Etimadnamə təqdim edirsə, onun əvvəlki Diplomati başçılığı saxlanılır. Diplomatik nümayəndələr və onların gəldikləri ölkənin hakimiyyət dairələri arasında başçılıq məsələsinə dair beynəlxalq təcrübədə müəyyən olunmuş qaydaya görə öz dövlətlərinin nümayəndəsi kimi xarici səfirlər bilavasitə dövlət başçısından sonra gəlirlər. Ancaq nəzakət xatirinə xarici səfirlər könüllü olaraq öz yerlərini baş nazirə və xarici işlər nazirinə güzəştə gedirlər.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...