Xarici işlər idarəsinin və onun xaricdəki nümayəndəliklərinin fəaliyyəti nəticəsində toplanıb yığılan sənədli materialların məcmusu. Beynəlxalq təcrübədə Diplomatik Arxiv anlayışı, başlıca olaraq, diplomatik nümayəndəliyin və konsul idarəsini arxivlərinə aid edilir. Diplomatik münasibətlərə dair 1961 il Vyana konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin arxiv və sənədləri istənilən vaxt və saxlandığı yerdən asılı olmayaraq toxunulmazdır. Əksər ölkələrdə Diplomatik Arxiv xarici siyasət idarəsinin bir bölməsi sayılır.