+1 səs
226 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Diplomatik Agent kimdir?

1 cavab var:

0 səs
Diplomatik nümayəndəliyin başçısı (Diplomatik başçılıq) və ya nümayəndəliyin diplomatik heyətinin üzvü. Beynəlxalq hüquqda və diplomatik praktikada bu termindən dövlətin diplomatik nümayəndələrini (səfirləri, diplomatik nümayəndələri, işlər müvəkkilini), səfirlik və missiyaların (Diplomatik missiyalar) diplomatik heyət üzvlərinin ümumi adı kimi istifadə olunur.
1815 il Vyana reqlamentində Diplomatik agent ancaq diplomatik nümayəndə başçılarına aid edilirdi. Beynəlxalq hüquqda və praktikada belə nöqteyi- nəzər möhkəmlənmişdi ki, bir halda ki, səfirlik və missiyaların diplomatik heyətinin üzvləri səfir və ya elçinin məiyyəti yox (necə ki, XIX əsrdə onları bu cür hesab edirdilər), dövlət müəssisələrinin əməkdaşlarıdırlar, göstərilən şəxslər dairəsi Diplomatik agent kimi nəzərdə keçirilməyə başlandı. BMT-nin 1958 ildə Beynəlxalq hüquq komissiyası tərəfindən hazırlanan diplomatik əlaqələr və diplomatik immunitetlər (Diplomatik imtiyazlar və toxunulmazlıq hüququ) haqda maddələri bu ümumi mövqedən çıxış edir. 1928 il diplomatik məmurlar haqda Havana konvensiyası (Beynəlxalq konvensiya) səfirlik və missiya başçılarını və diplomatik heyəti, eləcə də beynəlxalq konfranslarda dövlətin rəsmi nümayəndələrini, həmçinin bir dövlət tərəfindən xüsusi missiya ilə digərinə göndərilən nümayəndəlik başçıları və üzvlərini də Diplomatik agentlərə aid etmişdir. 1961 il diplomatik əlaqələr haqda Vyana konvensiyasına görə Diplomatik agent nümayəndəliyin başçısı və ya diplomatik heyətin üzvüdür.
Diplomatik agentın şəxsiyyəti toxunulmazdır. O hər hansı formada həbs edilə və tutulub saxlanıla bilməz. Diplomatik agentin gəldiyi dövlət ona lazımi hörmətlə yanaşmalı, onun şəxsiyyətinə, azadlığına və ya ləyaqətinə hörmət etməli, ona qarşı edilən hər hansı qəsdin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir. Diplomatik agentinn şəxsi iqamətgahı nümayəndəliyin binası kimi toxunulmazdır və qorunur. Diplomatik agent ölkənin cinayət yurisdiksiya- sından toxunulmazlıq hüququna malikdir. O, həmçinin mülki və inzibati yurisdiksiya immunitetlərindən də istifadə edir.  Diplomatik agent şahid sifətilə ifadə verə bilməz.  Diplomatik agentin olduğu ölkənin yurisdiksiyasından immuniteti onu akkreditə edən (Akkreditə etmək) dövlətin yurisdiksiyasından azad etmir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...