+1 голос
116 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV
Diplomatik Adlar və Rütbələr

1 Ответ

0 голосов
от
Diplomatik nümayəndələrin başçılıq etdikləri (Diplomatik başçılıq) diplomatik nümayəndəliklərin səviyyəsinə uyğun gələn və onların gəldikləri ölkədə diplomatik nümayəndələr arasında mövqeyini müəyyən edən, diplomatik təcrübədə meydana gəlmiş və beynəlxalq hüquqla təsdiq olunmuş adlarıdır.
1961-ci il Diplomatik Əlaqələrə dair Vyana konvensiyasına (Beynəlxalq konvensiya) görə diplomatik nümayəndəlik başçıları üç sinfə bölünürlər, səfirlər və nunsilər sinfi, diplomatik nümayəndə və internunsilər sinfi; onlar dövlət başçısı yanında akkreditə olunurlar (Akkreditə etmək). Üçüncü sinif işlər müvəkkili (daimi və müvəqqəti işlər müvəkkili); xarici işlər nazirləri yanında akkreditə olunurlar. Müasir beynəlxalq təcrübədə diplomatik nümayəndəlik başçılarının qəbul olunmuş tam rəsmi adları aşağıdakı kimidir:
Səfir və nunsi - fövqəladə və səlahiyyətli səfir; sadəcə səfir və ya nunsilər;
Diplomatik nümayəndə və inter- nunsi - fövqəladə diplomatik nümayəndə və səlahiyyətli nazir; qısaldılmış şəkildə - səlahiyyətli nazir və nazir: fövqəladə və səlahiyyətli elçi;
Daimi işlər müvəkkili - işlər müvəkkili. Diplomatik nümayəndəlik başçısını müvəqqəti işlər müvəkkili sinfindən fərqləndirmək üçün daimi işlər müvəkkilinin ünvanına göndərilən sənədlərdə (ümumiyyətələ sənədlərdə) onun fransız adı - Chargy d’Affaires avec lettres istifadə olunur;
Müvəqqəti işlər vəkkilləri. Onun fransızca ümumi qəbul olunmuş adı - Chargy d’Affaires ad interim və ya Chargy d’Affaires a.i.
Diplomatik nümayəndəlik başçıları üçün siniflərin müəyyən olunması onların səlahiyyətlərinin həcminə və məzmununa müvafiq olur.
1961-ci il Vyana Konvensiyası nəzərdə tutur ki, birincilik və etiketə münasibətdə diplomatik nümayəndəlik başçıları arasında onların bu və ya digər sinfə mənsubluğuna dair heç bir fərq qoyulmamalıdır. Konvensiyaya uyğun olaraq nümayəndəlik başçısının məxsus olduğu sinif dövlətlər arasında razılaşmaya əsasən müəyyən olunur; nümayəndəlik başçılarının qəbulu zamanı hər bir dövlətdə diplomatik nümayəndələrə aid riayət edilən qaydalar hər bir sinfə münasibətdə eyni olmalıdır. Bir qayda olaraq dövlətlər eyni sinifli diplomatik nümayəndələrlə mübadilə edirlər.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...