+2 səs
133 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dəniz mühitinin müdafiəsi və qorunması

1 cavab var:

+1 səs
 
Dünya okeanı ehtiyatlarından bəşəriyyətin ehtiyacı üçün istifadə olunması ilə bağlı qlobal problemlərdən biri.
İkinci dünya müharibəsindən sonrakı dövrdə bu problemin müxtəlif aspektləri üzrə bir sıra konvensiyalar {Beynəlxalq konvensiya) işlənib hazırlanmışdır. Dənizin neftlə çirklənməsinin qarşısını almağa dair 1954 il Konvensiyası; neftlə çirklənməyə gətirib çıxaran qəza hallarında açıq dənizdə nisbi müdaxiləyə dair 1969 il Konvensiyası; neftlə çirklənmədən dəyən ziyana görə mülki məsuliyyətə dair 1969 il Konvensiyası; tullantılar və s. materiallar atılması hesabına dənizin çirklənməsinin qarşısını almağa dair 1972 il Konvensiyası; gəmilərin törətdiyi çirklənmənin aradan qaldırılmasına dair 1973 il Konvensiyası bu qəbildəndir.
Dəniz mühitinin müdafiəsi və qorunmasına dair beynəlxalq- hüquqi normalar Açıq dəniz haqqında Cenevrə konvensiyasında (Dəniz hüququna dair Cenevrə konvensiyaları (1958), habelə 1982 il BMT-nin Dəniz hüququ Konvensiyasında təsbit edilib.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...