Hərbi münasibətlərdə olan tərəflərin hər növ hərbi- dəniz əməliyyatları. Hərbi-dəniz əməliyyatları yalnız müharibə edən tərəflərin hərbi-dəniz qüvvələri tərəfindən həyata keçirilə bilər. Bu əməliyyatlar yalnız açıq dənizdə, ərazi sularında və onların üstündəki səmada keçirilə bilər. Neytral dövlətlərin daxili və ərazi suları {Daxili sular və ərazi suları), eləcə də beynəlxalq gəmiçilikdə istifadə olunan boğazlar, kanallar və çaylar bu məqsədlər üçün istifadə oluna bilməz. Hərbi-dəniz qüvvələri tərəfindən qorunmayan limanların, şəhərlərin, kəndlərin bombalanması qadağandır, lakin bu qadağa hərbi anbarlara aid edilmir. 1949 il Cenevrə konvensiyasına görə yaralılar, xəstələr və hospital gəmiləri toxunulmazdır.