+2 səs
148 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dəniz Quldurluğu

1 cavab var:

+1 səs
 
Beynəlxalq xarakterli cinayət; 1982 il BMT-nin Dəniz hüququ konvensiyasının, habelə Açıq dənizə dair 1958 il Cenevrə konvensiyasının (Dəniz hüququna dair Cenevrə konvensiyaları (1958)) müddəalarına uyğun olaraq, dəniz quldurluğuna aşağıdakı hallar aid edilir: şəxsi mülkiyyətdə olan hər hansı gəminin və uçan cihazın heyəti, yaxud sərnişinləri tərəfindən açıq dənizdə şəxsi məqsədlərlə başqa bir gəmiyə və ya uçan cihaza qarşı yaxud onların göyər- təsindəki şəxslərə və əmlaka qarşı yönəldilən istənilən formada zorakılıq, tutulub saxlanma və ya qarət; hər hansı bir dövlətin yurisdiksiyasından kənar törədilən eyni hərəkətlər; göstərilən qeyri-hüquqi hərəkətləri yerinə yetirmək məqsədilə hər hansı gəmidən və ya uçan cihazdan istifadədə könüllü və şüurlu iştirak, təhrik və yardım, bu xarakterli istənilən hər hansı digər hərəkət. Şəxsi heyəti qiyam qaldırmaqla nəzarəti öz əlinə alan hərbi gəmilərin, dövlət qayıqlarının və ya uçan cihazların eyni hərəkətləri də quldurluq əməlləri sayılır. Beynəlxalq hüququn qəbul olunmuş prinsip və normalarına görə, quldur gəmilərə, uçan cihazlara və onların heyətlərinə heç bir dövlət himayədarlıq etməməlidir. Bayrağın (Dövlət bayrağı) mənsubiyyətindən və şəxsi heyətin milli tərkibindən asılı olmayaraq, quldur gəmini hərbi gəmilər və ya uçan cihazlar, yaxud da hər hansı bikənin dövlət xidmətində olan və bu iş üçün səlahiyyəti olan gəmi və uçan cihazlar zəbt edə bilərlər. Quldur gəmini və ya uçan cihazı ələ keçirib saxlayan dövlətin məhkəmə orqanları onlar barəsində müvafiq cəza tədbiri görməkdə gəmilərə, uçan cihazlara, yaxud onlardakı əmlaka münasibətdə özü bildiyi kimi hərəkət etməkdə səlahiyyətlidir.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...