Balıq və digər dəniz canlılarının ovunun rasional aparılması, sabit qaydaya, səmərəli ovlamalara nail olunması, dənizin canlı ehtiyatlarından vəhşicəsinə istifadə olunmasının qarşısının alınması məqsədilə dövlətlər tərəfindən həyata keçirilən kompleks tədbirləri ehtiva edir.
Dənizin Canlı Ehtiyatlarinin Mühafizəsi beynəlxalq-hüquqi tənzimləmə yolu ilə həyata keçirilir. Dənizdə balıq ehtiyatlarının mühafizəsi işı də beynəlxalq-hüquqi əsasda aparılır. Hazırda balıq ovuna dair 100-dən artıq beynəlxalq müqavilə qüvvədədir.
Mühafizə məsələsində 1982 il BMT-nin dəniz hüququ Konvensiyası mühüm rol oynayır. Konvensiya sahilyanı dövlətlərə iqtisadi və kontinental şelf zonalarında dənizin canlı ehtiyatlarını qoruyub saxlamaq üzrə tədbirlər görmək hüququ verir.