+2 səs
58 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dəniz Hüququna Dair Cenevrə Konvensiyaları (1958)

1 cavab var:

+1 səs
 
29.IV.1958 ildə BMT-nin dəniz hüququna dair I konfransında (Beynəlxalq konfranslar) imzalanıb. Cenevrə konvensiyalarında (Beynəlxalq konvensiyalar) dəniz huququnun çoxəsrlik inkişaf tarixi daha çox adi hüquq kimi və müqavilə {Beynəlxalq müqavilə) qaydasında yekunlaşdırılaraq ərazi sularının, kontinental şelfin və açıq dənizin beynəlxalq-hüquqi rejiminə dair müddəalar təsbit olunmuşdur.

1) Məhəlli dənizə və ona bitişik zonaya dair konvensiya (10.IX.1964). Sahil dövlətlərinin onlara məxsus ərazi sulara, bu sular üzərindəki hava məkanına, habelə həmin suların üst səthinə və dibinə suverenliyini təsdiq edir, məhəlli sulardan dinc keçmənin hüquq və şərtlərini müəyyənləşdirir, belə sularda cinayət və mülki yurisdiksiyaya dair müddəaları özündə ehtiva edir. Konvensiyada bitişik zonada gömrük, üzüb keçmə və sanitariya qaydalarının pozulmasına yol verməmək üçün sahilyanı dövlətin lazımi nəzarət hüququ təsbit edilir.

2) Açıq dənizə dair konvensiya (30.IX.1962). Açıq dənizi «hər hansı dövlətin nə məhəlli dənizinə, nə də daxili sularına aidiyyəti olmayan dəniz vahidi» kimi müəyyənləşdirir, bütün dövlətlər üçün hamılıqla tanınap açıq dəniz prinsipini (ələlxüsus, gəmiçilik, balıq ovu, sualtı kabel xətti, boru kəmərləri çəkilişini və dəniz üzərindən təyyarə uçuşları sərbəstliyi və s.), habelə açıq dənizin hər hansı bir hissəsini heç bir dövlətin öz suverenliyinə tabe etdirməyə hüququ olmaması prinsipini təsbit edir. Konvensiyada, həmçinin, dənizə çıxışı olmayan dövlətlərin sərbəst şəkildə həmin dənizə çıxmaq hüququ, dövlət qeyri-kommersiya xidmətində olan hərbi gəmilərin və qayıqların toxunulmazlıq prinsipi, dəniz quldurluğuna, dənizin ətraf mühitinin qorunmasına dair müddəalar öz əksini tapmışdır.

3) Kontinental şelfə dair konvensiya (10.VI.1964). Sahilyanı dövlətin şelfdəki ehtiyatları kəşf etməyə və onlardan istifadəyə dair hüquqlarını təsdiq edir və müəyyənləşdirir ki, bu hüquqlar həmin rayonu örtən açıq dənizin və hava məkanının statusuna zidd gəlməməlidir.

4) Balıq ovuna və açıq dənizin canlı ehtiyatlarını qorumağa dair konvensiya. Açıq dənizdə istənilən dövlətin vətəndaşlarına {Vətəndaşlıq) balıq ovlamaq hüququ verir. Konvensiya sahilyanı dövlətə açıq dənizin onun məhəlli sularına bitişik rayonlarında canlı ehtiyatların qorunub saxlanması {Dənizin canlı ehtiyatlarının mühafizəsi) üzrə birtərəfli tədbirlər görmək hüququ verir. Lakin belə tədbirlər o halda qanuni sayılır ki, lazımınca elmi rəylərə söykənsin, həyata keçirilməsi zəruri olsun, xarici balıqçılara münasibətdə ayrı-seçkilik yaratmasın.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 04 Yanvarda Dəniz Hüquq Cenevrə Konvensiya Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...