Amerika siyasətçisi və maliyyəçisi Daues tərəfindən hazırlanmış. 16.VIII. 1925 birinci dünya müharibəsində qalib dövlətlərin və Almaniyanın iştirakı ilə keçirilmiş London konfransında (Beynəlxalq konfranslar) təsdiq edilmişdir. Plana görə Almanıya ilk 5 ildə, birinci il 1,75 mlrd, marka, sonraki illərdə isə hər il 2,5 mlrd, marka təzminat ödəməli idi. Təzminatın ümumi məbləği müəyyənləşdirilməmişdi. Təzminatın ödənilməsinin təminatı kimi Almaniyanın bankları və dəmir yoilari üzərində beynəlxalq nəzarət qoyuldu. Almaniyaya 200 mln. dollar kredit verildi. Rur vilayətindən Fransa-Belçika qoşunlarının çıxarılması haqqında razılıq əldə edildi.