+1 səs
145 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Buenos - Ayres Konfransı (1936)

1 cavab var:

+1 səs
 
Sülhün qorunmasına dair Amerikaarası fövqəladə konfransı (beynəlxalq konfranslar)', 01-23.XII ABŞ-ın təşəbbüsü ilə keçirilib. Buenos - Ayres Konfransının işində ABŞ və Latın Amerikası ölkələri iştirak ediblər. B.-A.k.-da ilk dəfə olaraq prezidentin təmsilçiliyilə iştirak edən ABŞ nümayəndə heyəti dünya müharibəsi başlandığı təqdirdə «Qərb yarımkürəsində sülh və beynəlxalq təhlükəsizliyin təmin edilməsi» bayrağı altında Latın Amerikası ölkələrini ABŞ xarici siyasət xəttinə bağlamağa və Amerikaarası sistemdən digər dövlətlərə və eləcə də Latın Amerikası xalqlarının inqilabi-demokratik hərəkatlarına qarşı mübarizədə istifadə etməyə çalışırdı. Həmin məqsədlə ABŞ Panamerikanizmin «əsası» kimi belə bir şərt qoymağı təklif etdi ki, «bir Amerika dövlətinin təhlükəsizliyinin qorxu altına alınması digər Amerika dövlətlərinin təhlü
kəsizliyi üçün qorxu kimi qiymətləndirilsin».
ABŞ həmçinin sülhə qarşı hər cür təhlükə törənəcəyi təqdirdə mütləq şəkildə məşvərət keçirməyi və xarici işlər nazirlərindən ibarət Amerikaarası Məşvərət Komitəsi yaratmağı təklif etdi.
Argentina və bir sıra dövlətlərin əks mövqe tutmaları nəticəsində ABŞ- ın təklifləri qəbul edilmədi. Konfrans yalnız belə bir qərarla kifayətləndi ki, Qərb yarımkürəsi ölkələri üçün hər dəfə «hər hansı bir təhlükə törəndiyi» təqdirdə müşavirə keçirilsin.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...