15.1. Rusiya ilə Avstriya-Macarıstan arasında Budapeştdə imzalanmışdır. Budapeşt Konvensiyası rus-türk müharibəsinin başlayacağı təqdirdə Avstriya-Macarıstanın neytral (Neytral dövlətlər) qalmasını nəzərdə tuturdu. Bunun əvəzində kompensasiya olaraq, Rusiya Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğal olunmasına razılıq verdi. Avstriya-Macarıstan öz hərbi əməliyyatlarını Bolqarıstan, Çernoqoriya Rumıniya və Serbiyaya, Rusiya isə Bosniya, Çernoqoriya, Herseqovina və Serbiyaya yaymamağı öhdəyə götürdülər