+1 голос
137 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Brüssel Müqavilələri

1 Ответ

0 гол-в
от
1) 1948 il müqaviləsi (Beynəlxalq müqavilə) Rəsmi olaraq iqtisadi, sosial, mədəni əməkdaşlığa və kollektiv özünümüdafiəyə dair müqavilə (Beynəlxalq müqavilə) adlanır.
17.111 Qərbi Avropa ölkələrinin hərbi qruplaşmasının yaradılması barədə Böyük Britaniya, Fransa, Belçika, Hollandiya və Lüksenburq tərəfindən 50 il müddətinə bağlanıb və bütün iştirakçı ölkələr tərəfindən ratifikasiya edildikdən sonra 25.VIII qüvvəyə minib.
Brüssel Müqavilələri Avropada müharibə baş verdiyi və iştirakçıların heç olmazsa birinin ona cəlb olunduğu halda müqavilə iştirakçılarının birgə fəaliyyətinə dair öhdəlikləri müəyyən edib. Öhdəliklərin qəbul edilməsi əslində Avropada müharibədən sonrakı dövrdə ilk qapalı hərbi qruplaşmanın - Qərb ittifaqının yaranması demək idi.
Brüssel Müqavilələri 1949 ildə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yaranması üçün hazırlıq mərhələsi oldu. NA- TO-nun meydana gəlməsi ilə qərb ittifaqı müəyyən vaxtadək öz müstəqil əhəmiyyətini itirdi, çünki əslində o, NATO-nun tərkibinə qatılmış oldu. Lakin 1954 ildə Avropa Müdafiə Birliyinin yaradılması planları puça çıxdıqdan sonra yenidən dirçəldi. 23.X 1954 ildə Paris razılaşmaları deyilən çərçivədə Brüssel Müqavilələri-ə dəyişikliklər və əlavələr barədə protokollar imzalandı və onlara müvafiq olaraq AFR ilə İtaliya ittifaq iştirakçılarının sırasına daxil edildilər. Yeni hərbi blok Qərbi Avropa ittifaqı adı ilə tanındı.
2) 1972 il müqaviləsi. İngiltərə, Danimarka, İrlandiya və Norveçin Avropa iqtisadi Birliyinə, Atom Enerji üzrə Avropa Birliyi və Avropa Kömür və Polad Birliyinə daxil olmaları barədə sənəd; 01.1.1973 ildə qüvvəyə miniə. Yalnız Norveçin Avropa Birliyinə daxil olması baş tutmadı, çünki 24- 25.IX. 1972 il referendumu zamanı ölkə əhalisi öz hökumətinin planlarını bəyənmədi. Brüssel Müqavilələri-nin iştirakçısı olan ölkələr 1957 il Roma müqaviləsinin (Avropa iqtisadi Birliyi) qərarlarını və AİB-in sonrakı qərarlarını, o cümlədən üçüncü ölkələr və beynəlxalq təşkilatlarla bağlanan sazişləri yerinə yetirmək barədə öhdəlik götürmüşdülər.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 11 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...