+1 səs
153 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Brüssel Konfransları 

1 cavab var:

0 səs
1)1921 ıl konfransı (Beynəlxalq konfranslar). Rusiyaya «yardıma» dair; Belçika,
Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Çin, Latviya, Hollandiya, Polşa, Rumıniya, Fransa, Çexo- slavakiya, İsveç, İsveçrə, Estoniya və Yaponiya nümayəndələrinin iştirakı ilə 6.X. Brüsseldə keçirilib. Konfransda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin və Amerika Yardım Administrasiyasının nümayəndələri də təmsil olunmuşdular.
Brüssel Konfranslarının çağırılmasında məqsəd Rusiyadakı aclıqdan əzab çəkənlərə (1921 ıl məhsul qıtlığından sonra) yardım göstərmək olub. Brüssel Konfransların qərarında deyilirdi ki, Sovet Rusiyasına kreditlər yalnız «mövcud olan borcların Rusiya hökuməti tərəfindən tanınması» şərtilə verilə bilər. Yardım «geniş nəzarət təzminatlarının» alınması və Sovet Rusiyasının iqtisadı vəziyyətinin «öyrənilməsi» tiçün ekspertlər komissiyasının göndərilməsi ilə şərtləndirilirdi.
Brüssel Konfransları «aclığın miqyası haqqında dəqiq məlumatların olmadığını» əsas tutaraq hər hansı əməli qərar qəbul etməmişdi. Həmin yardımı təşkil edərək, Brüssel Konfransların edərək, sovet hökumətini çar borcları və əcnəbilərin mülkiyyətini qaytarmağa razı salmağa çalışırdı. RSFSR hökumətinin 28.X. 1921 il notasında (Diplomatik nota) Brüssel Konfranslarının qərarlarına müvafiq qiymət verilmişdi.
2) 1937 il konfransı: Millətlər Cəmiyyətinin qərarına əsasən, 3-24.XI keçirilib. Brüssel Konfranslarında Yaponiyanın Çinə təcavüzü müzakirə olunmuşdu. Yaponiya və Almanıya konfransda (Beynəlxalq konfranslar) iştirak etməmişdilər.
Qərb dövlətlərinin tutduğu mövqe üzündən Brüssel Konfransları SSRİ-nin Millətlər Cəmiyyətinin Nizamnaməsinin 16-cı maddəsinə əsasən, Yaponiyaya qarşı kollektiv sanksiyaların tətbiqi barədə təklifini rədd etmiş və yalnız Yaponiyanın qeyri-qanuni hərəkətlərə yer verməsini qeyd edən Qətnamə ilə kifayətlənmişdi. Brüssel Konfransları belə bir ümid ifadə etmişdir ki, gələcəkdə münaqişəni nizama salmaq üçün əlverişli imkan yaranacaqdır. Bununla da Brüssel Konfransları, öz fəaliyyətini dayandırmış və bir daha toplanmamışdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...