+1 səs
154 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Bretton-Vuds Sazişləri 

1 cavab var:

0 səs
01-23.VII 1944-ci ildə Bretton-Vuds şəhərində (ABŞ) 44 ölkənin iştirakı ilə maliyyə- iqtisadi məsələlərin müzakirəsinin həyata keçirildiyi konfransda (Beynəlxalq konfranslar) imzalanmışdır. Bretton-Vuds Sazişləri beynəlxalq maliyyə sisteminin stabil- ləşməsi istiqamətində mühüm addım olmuşdu. Pul sisteminin sabitləşməsi
üzv ölkələr arasında ticarətin inkişafına təkan verdi. Maliyyə sisteminin stabil- liyini qızıla sərbəst konversiya olunan ABŞ dolları əsasında müəyyənləşdirilmiş mübadilə kursları təşkil edirdi. 35 ABŞ dolları bir unsiya qızıla bərabər tutulurdu. ABŞ qızılın alınıb-satılmasını müəyyənləşdirilmiş qiymətlərlə həyata keçirməli idi. Kapitalların hərəkətini təmin etmək üçün Beynəlxalq Valyuta Fondu və Beynəlxalq inkişaf və Yenidənqurma Bankı yaradıldı.
ABŞ dollarının müəyyənləşdirilmiş kursla mübadilə olunması ticarət rəqabətinin və inflyasiyanın artdığı şəraitdə ABŞ maliyyə itkilərinə məruz qaldığı üçün 1971 ildə birtərəfli qaydada Bretton-Vuds Sazişlərini ləğv etdi. 1.1971 ildə Kinqstonda (Yamayka) Beynəlxalq Valyuta Fondu haqqındakı sazişə əlavələr edildi və ABŞ dollarının sərbəst kursu müəyyənləşdirildi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...