+1 голос
136 просмотров
от

Brest-Litovsk sülh müqaviləsi 

2 Ответы

0 гол-в
от
3.III. 1918-ci ildə Rusiya ilə Avstriya-Macarıstan, Almaniya, Bolqarıstan və Türkiyə arasında imzalanmışdı. Sovet Rusiyasının çətin vəziyyətindən istifadə edən Almaniya Polşanı, Pribaltikanı, Belorusiyanın bir hissəsini ələ keçirdi. Sovet qoşunları Aland adalarını, Finlandiyanı, Ukraynanı tərk etməli idilər. Rusiya-Ukrayna Mərkəzi Radasının Almaniya və müttəfiqləri ilə bağladığı müqavilələri (Beynəlxalq müqavilə) tanımalı, özü Rada ilə sülh müqaviləsi bağlamalı idi.
Rusiya 6 mid. marka təzminat ödəməli idi. Brest-Litovsk sülh müqaviləsinin ratifikasiyasından sonra Rusiya ilə Almaniya və onun müttəfiqləri arasında diplomatik münasibətlərin və konsulluq münasibətlərinin yaradılması nəzərdə tutulurdu.
Brest-Litovsk sülh müqaviləsinə görə Batum, Ərdəhan, Qars Türkiyəyə verilməli, 1877- 1878 illər rus-türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, Türkiyə ərazisindəki erməni silahlı birləşmələri tərksilah olunmalı idi.
Brest-Litovsk sülh müqaviləsi Sovet Rusiyasının birinci dünya müharibəsindən çıxmasını təmin etdi. 13.11.1918 ildə Sovet hökuməti tərəfindən ləğv edilmişdi.
0 гол-в
от
1918-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Dördlər ittifaqı (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) arasında sülh müqaviləsi. Sovet Rusiyası məğlub olaraq 1-ci Dünya müharibəsindən çıxdı

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
2 ответов
спросил 20 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 20 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 20 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 18 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...