+1 səs
136 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Böyük Pyotrun Vəsiyyəti nədir?

1 cavab var:

+1 səs
 
I Pyotrun adı ilə bağlı işğallar və rus nüfuzunun genişləndirilməsi planı; rus sovet tarixçiləri belə bir vəsiyyətin əslində mövcud olmadığını, onun guya düşmənçilik niyyətlərilə düzülüb qoşulduğunu iddia edirdilər.
I Pyotrun özü tərəfindən yazılmış vəsiyyətin sənəd kimi mövcud olduğunu ilk dəfə fransız tarixçisi Ş.Lezür özünün 1812 ildə Parisdə çıxan və Fransa hökumətinin sifarişilə yazılan «Rusiya dövlətinin yarandığı vaxtdan XIX əsrin əvvəllərinədək artan qüdrəti haqqında» adlı kitabında bildirib. Fransız tarixçisinə görə, rus çarı aşağıdakıları vəsiyyət edib: ordunu və xalqı
möhkəmlədib bərkitmək, onları daim döyüşə hazır vəziyyətdə saxlamaq üçün fasiləsiz müharibələr aparmaq, hər cür mümkün vasitələrlə dövlətin şimalda və cənubda hüdudlarını genişləndirmək; Avropadan türkləri qovuö çıxarmaqda Avstriyanı maraqlı etmək. İngiltərədə, Danimarkada və Brandenburqda İsveçə qarşı qərəzli münasibə! formalaşdırmaq; Polşada hakimiyyə: böhranını dəstəkləmək və onu parçalayıb zəbt etmək; Avstriya ilə Fransa arasında müharibə törətmək və bundan sonra İtaliyaya, İspaniyaya, Fransaya nizami qoşunlar və «Asiya orduları» yeritmək və s.
I Pyotrun işğalçılıq planları onun xələfləri tərəfindən dönmədən həyata keçirilmiş, Rusiyanın özgə ərazilərini işğal etməsində və işğalçı müharibələr aparmasında mühüm rol oynamışdır.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 16 Martda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...