+1 голос
120 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Böyük Elçilik (1697-1698)

1 Ответ

+1 голос
от
 
Лучший ответ
01.111.1697 ildə I Pyotrun (Pyotr I) Qərbi Avropaya göndərdiyi rus diplomatik missiyası; Qara dənizin şimal sahilləri uğrunda Türkiyə ilə mübarizədə Rusiyanın bir sıra Qərbi Avropa dövlətləri ilə ittifaqını möhkəmləndirmək və genişləndirmək məqsədi daşıyırdı. Böyük Elçilik hərbi, dənizçilik, mühəndislik işləri ilə tanış olmalı, təcrübəli dənizçilər və topçular axtarıb tapmalı, gəmiqayırma üçün ləvazimat və materiallar almalı idi.
Böyük səfir kimi F.Y.Lefort, F.A.Qolovin və P.B.Voznisin təyin edilmişdilər. Səfirliyin tərkibinə peşə və hərbi elmləri öyrənmək üçün 35 könüllü də qatılmışdı ki, onların arasında Pyotr Mixaylov adı ilə I Pyotr da var idi. Pyotr Kurlandiyada Hersoq Fridrix Kazimirlə danışıqlar apardı, sonradan Köniqsber- qə gələrək Brandenburg kurfürsti
(nüfuzlu knyaz) ilə ittifaq bağladı. VIII.1697 ildə Böyük Elçilik Hollandiyaya gəlir və borc almaq üçün uğursuz cəhdlər göstərəndən sonra öz puluna ləvazimat alır, mütəxəssislər tutur. I Pyotr səfirliyin bir qrup üzvü ilə 3 aylığa Hollandiyadan İngiltərəyə gedərək orada III Vilhelm ilə görüşür, gəmiqayırma işləri ilə tanış olur. VI.1698 ildən Böyük Elçilik Vyanada antitürk koalisiyası üzrə öz keçmiş müttəfiqləri ilə danışıqlar apardı, lakin Avstriyanın Türkiyə ilə sülh bağlamasının qarşısını almağa müvəffəq olmadı. Streleslərin qiyamı ilə bağlı təcili olaraq Moskvaya qayıtmaq lazım gəldiyindən 25.VIII.1698 ildə Venetsiyaya nəzərdə tutulan səfər baş tutmadı. Rusiyaya qayıdarkən I Pyotr yolüstü 31.VII Rave-Russkidə Polşa kralı II Avqustla görüşdü, onunla gələcəkdə İsveçə qarşı ittifaqın əsasını qoyan danışıqlar apardı.
Böyük Elçilik birbaşa məqsədə çata bilmədi Rusiya Türkiyə ilə mübarizə aparmaq fikrindən daşınmalı oldu, lakin missiya Pribaltika uğrunda mübarizə üçün zəmin yaratdı.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 25 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 03 Фев от аноним в категории Şəxslər, Tarix
...