+1 səs
60 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

«Böyük Dəyənək» Siyasəti nədir?

1 cavab var:

+2 səs
 
ABŞ-ın Latın Amerikası ölkələrinin daxili işlərinə istər silahlı müdaxilə istərsə də ərazilərini işğal etmək, yaxud onlar üzərində iqtisadi və siyasi nəzarət qoymaq formasında gerçəkləşən açıq müdaxilə anlamı; «Böyük Dəyənək» Siyasəti T.Ruzveltin (Ruzvelt Teodor) 1904-1905 illərdəki bir sıra çıxışlarında əsaslandırılmış və ona müvafiq olaraq, ABŞ əslində Qərb yarımkürəsində jandarm rolunu özü üçün mənimsəmişdi. Bu siyasətin əməli həyata keçirilməsi ABŞ-ın Kubaya (1906-1909), Nikaraquaya (1909), Dominikan Respublikasına (1912) və s. ölkələrə hərbi müdaxiləsində özünü təzahür etdirmişdi. «Böyük Dəyənək» Siyasəti «dollar diplomatiyası» kimi, ABŞ xarici siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdu. 1933 ildə prezident F.D.Ruzvelt (Ruz- velt Franklin Delano) «Böyük Dəyənək» Siyasətdən imtina olunduğunu elan etmiş və «mehriban qonşuluq» siyasətinə keçildiyini bildirmişdi.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...