0 səs
53 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Boykot nədir?

1 cavab var:

0 səs
Boykot (Ç.K.Boykotun - Boycott - adı ilə bağlıdır). 1880-cı ildə ilk dəfə olaraq irland icərədarları tərəfindən istifadə olunmuşdur. Ayrı-ayrı şəxslərlə, təşkilatlarla və dövlətlərlə münasibətlərin tam və ya qismən kəsilməsindər ibarət siyasi və iqtisadi mübarizə formasıdır. Beynəlxalq münasibətlər sahəsində Boykot hər hansı dövlətlə münasibətlər qurmaqdan və saxlamaqdan iqtisadiyyat sahəsində Boykot müəyyən ölkələrlə ticarət və ya maliyyə əlaqələri saxlamaqdan imtina etməkdir.
Hər hansı dövlət və ya dövlət qrupu tərəfindən Boykotun həyata keçirilməsi konkret şəraitdən asılı olaraq müxtəlif hüquqi xarakterə malik ola bilər. Boykot silahlı qüvvələrdən imtina edən beynəlxalq təşkilatlar çərçivəsində sülhü qorumaq üçün həyata keçirilən mümkün vasitə kimi nəzərdən keçirilir. BMT Nizamnaməsinin 41-ci maddəsinə görə belə tədbirlərə iqtisadi münasibətlərin, dəmiryolu, dəniz, hava, poçt, teleqraf, radio və digər əlaqə vasitələrinin tam və ya qismən kəsilməsi, eləcə də diplomatik münasibətlərin kəsilməsi daxildir. Bundan başqa Boykot hansısa dövlət tərəfindən həyata keçirilən təzyıo tədbirləri vasitəsi ola bilər. Bir çox hallarda Boykot dövlətlər tərəfindən qanunsuz məqsədlərə nail olmaq üçün vasitə kimi istifadə olunmuşdur. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Boykot bir halda qanuni, digər halda isə qeyri-qanuni hərəkət kimi nəzərdən keçirilir.
Boykot həm də böyük dövlətlərin iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərə təzyiq vasitəsidir. 1951-1953 illərdə iran hökuməti tərəfindən ingilis-iran neft şirkətinin milliləşdirilməsi (Milliləş
dirmə) haqda qanun verdikdən sonra İngiltərə iran neftinə Boykot elan etmişdi. Misir tərəfindən Suveyş kanalının milli- ləşdirilməsindən sonra ona qarşı Fransa və İngiltərə Boykot elan etmişdilər.
Eyni zamanda Boykot asılı və yarı- masılı xalqların istismarçılara qarşı mübarizə vasitəsi kimi də istifadə olunmuşdur. 1905 ildə ABŞ-ın siyasətinə cavab olaraq Çində ABŞ malları almaqdan və ABŞ tacirləri ilə əlaqəyə girməkdən imtina formasında kütləvi Boykot elan olunmuşdu.

Oxşar suallar

0 səs
3 cavab
soruşub 22 Oktyabrda, 19 anonim
+3 səs
1 cavab
soruşub 13 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
4 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
2 cavab
soruşub 18 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...