0 гол-в
116 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Boqota Konfransı (1948)

1 Ответ

0 гол-в
от
Boqota Konfransı (1948). (9-CU Amerikaarası Konfransı). Nikaraquadan başqa bütün Latın Amerikası ölkələrinin və ABŞ-ın iştirakı ilə 30.IV-1.VI Boqotada (Kolumbiya) keçirilib.
Konfrans Amerika Dövlətləri Təşkilatının (ADT) nizamnaməsini qəbul etmiş və bununla da Amerika ölkələrinin regionda hərbi-siyasi qruplaşmasının yarad, nasını başa çatdırmışdır, imzalanmadan dərhal sonra ABŞ nümayəndə heyəti «Amerikada demokratiyanın saxlanmasına və qorunmasına» dair Bəyannamənin qəbuluna nail oldu. Sənəd bütün Amerika dövlətlərinə bir vəzifə olaraq tapşırdı ki, Qərb yarımkürəsində «kommunist fəaliyyəti» barədə bir-biri ilə informasiya mübadiləsi aparsınlar; ADT «kommunist təhlükəsinə qarşı» mübarizə aparmaq üçün həmin dövlətlərin daxili işlərinə qarışmaq hüququ əldə etdi.
ADT-nin antikommunist istiqaməti IV. 1951 ildə ABŞ və Latın Amerikası ölkələri xarici işlər nazirlərinin 4-cü məşvərət müşavirəsində daha qabarıq şəkildə özünü göstərdi. Müşavirədə qərara alındı ki, iştirakçı ölkələr «ame- rikaarası həmrəylik» göstərməklə «kommunist təhlükəsilə» birgə mübarizə aparması» və eyni zamanda öz qanunvericiliklərinə kommunist partiyalarının fəaliyyətini və onlara «rəğbət» bəsləyənlərin gediş-gəlişini məhdudlaşdırmaq barədə müvafiq müddəalar salsınlar. Müşavirədə həmçinin Qərb yarımkürəsi ölkələrinin hərbi hazırlığını artırmaq və dünyanın müxtəlif rayonlarında ABŞ-ın hərbi əməliyyatlarını dəstəkləmək üçün Latın Amerikası ölkələrinin hərbi qüvvələrindən istifadə etmək barədə ümumi razılıq əldə edildi.
Konfransda habelə Amerika dövlətləri arasında mübahisələri dinc yolla həll etmək haqqında müqavilə qəbul edildi.
Amerikaarası iqtisadi əməkdaşlıq məsələsi müzakirə edilərkən ABŞ konfransı «bərabər» imkanlar prinsipi» adı altında Latın Amerikası ölkələrinin iqtisadiyyatı üzərində ABŞ nəzarətini təmin edən əlverişli qərarlar qəbul etməyə vadar etdi. Amerikaarası iqtisadi əməkdaşlığa dair konfransda imzalanmış sazişə əsasən, Latın Amerikası dövlətlərinin hökumətləri öz ölkələrində xarici kapitalın fəaliyyətini məhdudlaşdırmamaq barədə öhdəlik götürdülər.

Похожие вопросы

0 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 18 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 17 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...