0 səs
162 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Boqota Bəyannaməsi nədir?

1 cavab var:

0 səs
Latın Amerikası ölkələri xarici işlər nazirlərinin 16.XI.1973-ci ildə Boqoto (Kolumbiya) müşavirəsində qəbul edilib. Müşavirə H.Kİssincerin (Kissincer Henri Alfred) irəli d «yeni dialoq» çərçivəsində ABŞ İlə aparılacaq danışıqlarda vahid mövqe işləyib hazırlamaqdan ötrü çağırılıb.
Braziliya, Uruqvay və Çili Kuba əleyhinə sanksiyaların ləğvini, istənilən dövlətin öz daxili rejimini seçməkdə və ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətlər saxlamaqda haqlı olduğunu təsdiqləyən müddəanın müqaviləyə salınmasına mane ola bildilər. Bununla belə, müşavirə iştirakçıları ümumi platforma işləyib hazırladılar və ABŞ ilə sonrakı danışıqlarda ondan çıxış etdilər.
Boqota Bəyannaməsidə ticarətə və maliyyəyə, Latın Amerikası ölkələrinin dünya valyuta sisteminin tənzimlənməsi tədbirlərində onların iştirakına, qitənin daha az inkişaf etmiş ölkələrinə iqtisadi yardım göstərilməsinə, Latın Amerikası ölkələrinə xarici inhisarlardan asılılığını azaltmaq üçün əlverişli kommersiya şərtləri ilə müasir sənaye texnologiyasının verilməsinə dair bir sıra sazişlərə yenidən baxılması tələbləri irəli sürüldü. Bunlarla bərabər Boqota Bəyannaməsi xarici şirkətlərə müstəqil ölkələrin daxili işlərinə qarışmalarının, iqtisadi sahələrdə onlara təzyiq göstərmələrinin yol verilməzliyini qeyd edib göstərirdi ki, ölkələrə kredit verərkən müxtəlif mənafe güdən şərtlər qoyulmamalı, Panamanın Panama kanalı üzərində suveren {Suverenlik) hüququ tanınmalı, Amerika ölkələri arasında münasibətlər yeni əsaslar üzərində qurulmalı, ABŞ ilə Latın Amerikası ölkələri arasında münasibətlərdə gərginliyin azaldılması rolu üstünlük təşkil etməlidir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...