+1 səs
173 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

BMT uşaq fondu (YUNİSEF)

1 cavab var:

0 səs
BMT-nin orqanı; müharibə zamanı zərər çəkmiş Avropa ölkələri uşaqlarına yardım göstərmək üçün BMT Baş Məclisinin 11.XII.1946 qərarı ilə BMT-nin müvəqqəti təşkilatı kimi yaradılmışdır.
1950 ildən etibarən YUNİSEF-in fəaliyyətində əsas istiqamət inkişaf etməkdə olan dövlətlərə uşaqların və gənclərin maddi və sosial şəraitini yaxşılaşdırmaq işində yardım göstərmək olmuşdur. YUNİSEF-in maliyyə ehtiyatları üzv ölkələrin hökumətlərinin, BMT təsisatlarının, ictimai təşkilatların, fərdi
şəxslərin və başqa mənbələrin pay-ödəmələri hesabına yaranır.
YUNİSEF inkişaf etməkdə olan dövlətlərdə uşaqlara dayəlik edən mərkəzlər üçün yerli əhalidən kadrlar hazırlanmasına təqaüdlər ayırır. YUNİSEF uşaq əməyindən istifadənin qadağan olunmasında, uşaqları gələcək əməyə hazırlamağa yönəldilən layihələrin həyata keçirilməsində Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq edir. 1978 ildə YUNİSEF Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə Alma-Atada ilkin tibbi-sanitar yardım haqqında beynəlxalq konfrans keçirib. 1979 il Beynəlxalq Uşaq ilinin hazırlanmasında və keçirilməsində BMT sistemində başlıca əlaqələndirici orqan olub.
Rəhbər orqanı - ildə bir dəfə çağırılan idarə Heyətidir. YUNİSEF-in milli komitələri 40-dan çox ölkədə yaradılıb. Katibliyi Nyu-Yorkdadır, regional şöbələri Cenevrədə, Nayrobi, La-qos, Əlcəzair, Abican, Hərara, Boqota, Banqkok, Beyrut, Pekin, Sidney və Tokioda yerləşir.

Oxşar suallar

+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 22 Oktyabrda, 19 anonim
...