0 гол-в
118 просмотров
от в категории Digər

Axan ulduzlar nədir? 

1 Ответ

0 гол-в
от
İnsan neçə min illərdən bəri, göydən düşən ulduzlara baxıb fikirləşirdi ki, görəsən, bu na ulduzdur belə, haradan əmələ gəlib, niyə və hara axır? Neçə yüzilliklər insanlar elə bilirmiş ki, axan ulduzlar başqa aləmlərdən gəlir.

Bu gün isə artıq bizə bəllidir ki, “axan ulduz” adlandırdığımız nəsnələr, əslində heç ulduz da deyilmiş. Biz indi onlara “meteor” deyirik. Meteorlar sərt maddələrdən ibarət səma cisimləridir ki, kosmik fəzada hərəkət edərək hərdən Yer atmosferinə də gəlib çıxır.

Meteor atmosferdən keçəndə biz onun göy üzündə buraxdığı parlaq izi görürük. Bu iz ona görə görünür ki, hava meteorun səthinə sürtüləndə böyük hərarət yaranır.

Qəribədir ki, meteorların əksəriyyəti çox kiçik olur, təxminan sancaq başı boyda. Bəzi meteorların isə ağırlığı bir neçə tona çatır. Meteorların çoxu atmosferdə tam yarıb qurtarır və yalnız çox iri meteorlar Yer səthinə çata bilir.

Alimlərin rəyinə görə, hər gün Yerə minlərlə meteor düşür, amma planetimizin səthinin əksər hissəsini dənizlər və okeanlar təşkil etdiyinə görə səma cisimləri də əsasən suya tuş gəlir.

Biz göy üzündə istənflən istiqamətdə uçan tək meteorlar görə bilərik, amma çox vaxt minlərlə xırda ulduz kimi görünən meteor sellərinin şahidi oluruq. Yer kürəsi meteor axınından keçəndə, onların çox böyük hissəsi atmosferin üst qatlarında yanıb gözümüzə “meteor yağışı” kimi görünür.

Bas meteorlar necə yaranıb? Müasir astronomlar elə hesab edir ki, meteor selləçi kometaların qalıqlarıdır. Kometa dağılarkan onun milyonlarla kiçik hissəciyi özünün Kosmosda səyahətini meteor selləri kimi davam etdirir. Onlar dairəvi orbitlə hərəkət edir, Hər 33 ildə bir dəfə Yer kürəsi bel, bir meteor selinin orbitini kəsib keçir,

Yer səthinə düşən meteora biz “ “meteorit” deyirik. O, Yerə ağırlığına görə duşuy, Meteorlar qədim zamanlardan insanların diqqət mərkəzində olub. Təsəvvur edin kİ, hələ bizim eradan 467 il əvvəl Qədim Romada yerə düşən meteorit barədə yazılı qeydlər aşkarlanıb. Bu hadisə o zaman elə bir əks-səda doğurmuşdu ki, salnaməçilər onu öz əsərlərində dəfələrlə təsvir etmişdilər.

Похожие вопросы

0 гол-в
1 ответ
спросил 07 Янв от аноним в категории Digər
+2 гол-в
1 ответ
спросил 24 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
0 гол-в
0 ответов
спросил 03 Окт от аноним в категории Digər
+1 голос
2 ответов
спросил 24 Янв от аноним в категории Digər
+1 голос
2 ответов
спросил 24 Янв от аноним в категории Digər
...