0 səs
146 baxış
Bürclər, Fal, Magiya bölməsində

Bürclər nədir? 

1 cavab var:

0 səs
Ulduzlara tamaşa edəndə, yəqin ki, səmada bir neçə ulduzun bizə tanış olan hərflər, üçbucaqlar, kvadratlar yaratdığının şahidi olmusunuz. Qədim zamanlardan dünyanın müxtəlf güşələrində insan belə ulduz qruplarına cürbəcür adlar verirdi. Latın dilindən tərcümə edəndə bizim “bürc” adlandırdığımız anlam da mahiyyətcə elə “ulduzlar qrupu” deməkdir.

Bürclərin müasir adları xalqların əksəriyyətinə qədim Romadan, romalılara isə Yunanıstandarı gəlib. O da bəllidir ki, yunanlar da ulduzlar barədə bilgilərinin böyük qısmini Qədim Şərqdən, Babilistardan əxz edib.

Qədim Babildə ulduz qruplarına heyvanların, hökmdarların, mif və əfsanə qəhrəmanlarının adını verirdilər. Daha sonra yunarlar Babildə verilmiş bir çox adları öz qəhrəmanlarının Herakl, Orion, Persey kimi adlarına dəyişdilər. Bu işə Qədim Roma da öz töhfəsini vermişdi. İndı biz həmin qədim adlardan istifadə edirik, amma bu adların arxasında duran obrazları çox vaxt təsəvvürümüzdə dəqiq canlandıra bilmirik. Məsələn, Qartal, Kiçik və Böyük Ayı bürcləri, Tərəzi və başqa bürclər formaca öz adlarına heç uyğun deyil,

İlk dəfə bizim eranın təxminən 150-ci ilində məşhur astronom Ptolomey ona bəlli olan 48 bürcü qeydə alaraq təfsir etdi. Onun siyahısında o zaman bəlli olan bütün bürclər öz əksini tapmamışdı. Odur ki, sonralar astronomlar Ptolomeyin tərtib etdiyi bu siyahını təkmilləşdirdilər. Səciyyəvi dir ki, siyahıya sonralar əlavə olunan bürclərin əksəriyyəti artıq Sekstant, Kompas, Mikroskop kimi elmi alətlərin, cihazların adını daşıyır. Beləliklə, bu gün astronomlara ulduzlu səmada 88 bürc bəllidir.

Bürclər göyün müəyyən bir hissəsini tutur. Bu o deməkdir ki, hər ulduz öz bürcündə yerləşir. Bürclər arasındakı sərhədlər qədim zamarılardan bəri sabit olmayıb, daha çox əyri üyrü xətlərlə göstərilib. Ona görə də 1928-ci ildə astronomlar belə qərara gəldilər ki, bu sərhədləri düz xətlə qeyd etsinlər.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Apreldə, 21 Akif31 Bürclər, Fal, Magiya bölməsində
+3 səs
1 cavab
soruşub 13 Martda anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 27 Oktyabrda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 27 Oktyabrda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 27 Oktyabrda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
...