+1 səs
157 baxış
Elm, Təhsil, Dillər bölməsində

Niyə qürub çağı üfüq qızarır? 

1 cavab var:

0 səs
Hamımız görmüşük: Günəş ba tanda özü də qızanır, üfüqu də qırmızıya boyayır, isti rənglərin bir birini əvəz edən bənzərsiz çalarları qürub çağının misilsiz mənzərəsini yaradır. Amma hərdən biz bu mənzərənin təsadüfi şahidinə çevrilərkən, ilk anda istər-istəməz təəccüblənirik: “Nə qırmızı Günəşdir” deyirik.

Təbii ki, əslində Günəşin qızarmadığım, dəyişmədiyini də gözəl bihrik. Bilirik ki, Günəş sadəcə günün müəyyən vaxtında belə görünür. Həmin an, bizdən bir neçə min kilometr qərbdə olan adam Günəşi heç də qırmızı görmür.

Qürubun rənginə təsir edən, Günəş şüasının keçdiyi hava təbəqəsidir. Günəş nə qədər aşağıda olsa, onun şüası bir o qədər qalın atmosfer qatından keçməlidir.

Amma əvvəlcə, gəlin yadımıza salaq ki, gün işığı bütün rənglərin birləşməsindən ibarətdir. Adətən müxtəlif rənglər birləşərkən əmələ gələn rəngi biz ağ rəng

kimi qəbul edirik. Lakin atmosferdə toz zərrəcikləri, su buxarı və başqa qanşıqlar olur. İşıq şuası atmosferdən keçəndə mnüxtəlif rənglər bu zərrəciklər vasitəsiylə dağılır. Özü də atmosferdəki bənövşəyi, göy və yaşıl rənglər, qırmızı və sarı rənglərdən daha çox dağılır. Deməli, Günəş üfuq xəttinə yaxınlaşdıqca hənnin o dağılma sayəsində atmosferdə daha çox qırmızı və sarı rənglər qalır deyə, qürub da bizə daha çox qırmızı çalarlarda görünür.

Yeri gəlmişkən, səmanın mavi rəngi də elə işığın dağılması ilə əlaqədardır. Bənövşəyi və göy rənglərin dalğaları qısa olur və atmosfer onu spektrin qırmızı rəngin üstünlük təşkil etdiyi hissəsindən on dəfə daha intensiv dağıdır. Bu o deməkdir ki, qırmızı şüalar atmosferdən keçir, mavi rəngli şualarsa havanın su və toz zərrəcikləriylə dağılır. Biz göyə baxanda, məhz bu dağılmış işıq, səmanı mavi rəngə boyayır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Gözəllik, Geyim bölməsində
...