+1 səs
176 baxış
Elm, Təhsil, Dillər bölməsində

Reaktiv axınlar nədir?

1 cavab var:

0 səs
Bu gün biz "reaktiv" sözünü çox
tez-tez eşidirik və çoxumuz ela
bilirik ki, "reaktiv axın" anlayışı
mütləq reaktiv təyyarələrlə əlaqədardır.
Amma bu heç də elə deyil!
Reaktiv axınlar Yer ətrafındakı küləklər
sisteminin tərkib hissəsidir. Odur ki, bu
məfhumu anlamaq üçün əvvəl elə
"külək"dən başlamalıyıq. Külək Yer səthina
yaxın və paralel hərəkət edən hava
axınlarına deyilir.
Küləklərin harakati asasən müxtəlif
təzyiqli rayonların mövcudluğu ilə
əlaqədardır və ona görə də külək çox vaxt
yüksək təzyiqli rayonlardan aşağı təzyiqli
rayonlara sarı asir.
Məhəlli yox, qlobal miqyasda isə demək
olar ki, soyuq hava qütblərdən ekvatora,
ilıq hava isa ekvatordan qütblərə tərəf axır.
Bu, müntəzəm axınlar deyil, turbulent,
yəni fırlanan hava kütləsidir. Yer kürəsinin
hər qütbündə havaya müxtəlif amillər təsir
edir. Təzyiqin göstəricisinə hətta yerli istilik
mənbələri də təsir edə bilər. Küləyin
səmtinə isə konkret nahiyadə qurunun rel-
yefi, suyun səthi, dağların təsiri var.
Və nəhayət, bəzi yerlərdə, havanın
təzyiqi demək olar daim yüksəkdir. Belə
sahələrə "antisiklonlar" deyilir və onlar
həmin regionda küləyin səmtini müəyyən
edir.
Beləliklə, siz indi təsəvvür edə bilərsiniz
ki, külək niya əsir və ona təsir edən faktorlar
hansılardır. Lakin bütün bunlar atmosferin
aşağı qatlarında əsən küləklərə aiddir. Bəlli
olduğu kimi, Yer ətrafında atmosfer qatı
var ki, 120 kilometr yüksəkliyədək uzanır.
Atmosferin üst qatlarında küləyi amala
gətirən şərait tamam fərqlidir. Burada
küləklər yer üzündəkindən çox sürətlidir.
Təxminən 9 kilometr yüksəklikdə küləyin
gücü elə səviyyəyə çatır ki, ona "reaktiv
axın" deyirlər. Belə küləklərin sürəti saatda
200-400 kilometr arasında olur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
3 cavab
soruşub 06 Apreldə anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
2 cavab
soruşub 25 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
1 cavab
soruşub 12 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
...